31.03.2015

31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ



1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni sözün əsil mənasında “qan çanağı”na çevirdilər. Ermənilərin “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətillərin və soyqırım aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlandı. İndi o qanlı tarixdən 97 il ötür.

20.03.2015

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!


Əziz və hörmətli məktəb kollektivi!
 Sizləri Novruz bayramı münasibətilə təbrik edirik! Yazın gəlişi hər birinizə düşərli olsun. Müəllimlərimizə işlərində yeni-yeni müvəffəqiyyətlər, şagirdlərimizə dərslərində uğurlar arzulayırıq. 

19.03.2015

MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ!

“HƏYAT BİLGİSİ VƏ MALİYYƏ SAVADLILIĞI”

MÜSABİQƏSİNİN QAYDALARI


I. Ümumi müddəalar
  1. Müsabiqənin gedişi ilə bağlı məlumatlar Təhsil Nazirliyinin (www.edu.gov.az), Azərbaycan Respublikası Mərkəzi Bankının (www.cbar.az) və müsabiqənin (www.musabiqe.edu.az) rəsmi internet səhifələrində yerləşdirilir.

II. Müsabiqənin məqsədi
  1. Müsabiqənin əsas məqsədləri aşağıdakılardır:
    1. Ümumtəhsil məktəb müəllimləri arasında Həyat Bilgisi fənninin “Fərd və cəmiyyət” məzmun xəttinin “Cəmiyyətin sosial-iqtisadi həyatı” alt-xətti üzrə elektron təhsil resursları hazırlamaq;
    2. Elektron təhsil resurslarının tədris prosesinə tətbiqinə metodiki dəstək vermək, elektron resursların təhsil müəssisələrində istifadəsi ilə tanışlıq;
    3. Tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimlərin həvəsləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi;
    4. Tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarının axtarılması;
    5. Hazırlanacaq resursların təhsil şəbəkələrində paylaşılaraq müəllimlər arasında yayılmasını təmin etmək.

ŞAGİRDLƏRİN NƏZƏRİNƏ!

     “BU GÜNÜN QƏNAƏTİ SABAHIN TƏMİNATIDIR” MÜSABİQƏSİNİN QAYDALARI
“BU GÜNÜN QƏNAƏTİ SABAHIN TƏMİNATIDIR”
MÜSABİQƏSİNİN QAYDALARI

I. Ümumi müddəalar
  1. Müsabiqənin gedişi ilə bağlı məlumatlar Təhsil Nazirliyinin (www.edu.gov.az), Azərbaycan Respublikası Mərkəzi Bankının (www.cbar.az) və müsabiqənin (www.musabiqe.edu.az) rəsmi internet səhifələrində yerləşdirilir.

II. Müsabiqənin məqsədi
  1. Müsabiqənin əsas məqsədləri aşağıdakılardır:
    1. Şagirdlərin pul yığımı və qənaətcilliklə bağlı şəxsi təcrübələrini əks etdirən qısametrajlı film hazırlamaq;
    2. Maliyyə savadlılığının artırılması istiqamətində ümumtəhsil məktəblərində şagirdlər arasında maarifləndirmə işləri aparmaq;
    3. Hazırlanacaq qısametrajlı filmlərin sosial şəbəkələrdə paylaşılaraq şagirdlər arasında yayılmasını təmin etmək.

17.03.2015

Məktəbimiz "Novruz"u belə qarşıladı

Xalqımızın milli bayramı olan Novruz məktəbimizdə də qeyd edilmişdir. Novruz tədbirində məktəb müdiriyyəti, müəllim və şagird kollektivi iştirak etmişdir. Tədbir direktor müavini Vəfa Alnağıyeva və məktəbin Şagird Məclisinin Asudə vaxtın təşkili komissiyasının üzvlərinin rəhbərliyi ilə təşkil edilmişdir. Novruz milli adət-ənənələrinə uyğun səhnəciklər göstərən, musiqilər oxuyan və rəqlərlə çıxış edən şagirdlərimiz  tədbirə rəng qatmışdır. Maraqlı tədbirə görə bütün iştirakçılara təşəkkürlər!


Ən bilikli III və IV siniflər məlum oldu


Bu gün "Elm dünyam" layihəsi bilik III və IV siniflərdə final mərhələsini həyata keçirilmişdir. III siniflər arasında keçirilən yarışmada 3p sinfi I, 3j sinfi II, 3n sinfi III yeri, IV siniflər arasında isə 4ə sinfi I, 4j sinfi II, 4e sinfi III yeri tutmuşdur. Qaliblər diplomlar və hədiyyələrlə təltif olunmuşdur. 
Yarış rəhbərləri Gülgəz Hüseynəliyeva və Afiqə Hacıyeva çıxışlarında "-Haqqı olana haqqını verdiyimiz üçün çox şad idik" dedilər.






16.03.2015

7ç və 7e siniflərinin mübarizəsi


Bu gün "Uğur sorağında" İntellektual Klubunda VII siniflərin final yarışması keçirildi. Gərgin bilik mübarizəsində 7ç sinfi 4 xal fərqi ilə qalib gəldi. İştirakçılar müxtəlif dərəcəli diplom və hədiyyələrlə təltif oludu. Şagirdlərimizi təbrik edir və uğurlarının davamını diləyirik!

Sədr:         Ləman Hacıyeva, 
Müavin :   Nəriman Məmmədzadə, 
Katib:        Ayişəgül Ələkbərova
Üzvlər:      Pərvin Pirmuradova, Cəmilə Məmmədova, Firuzə Süleymanova, Cavid Muradov.