15.09.2010

Elanlar


 Müəllim və şagirdlərin nəzərinə! 

 Yaz tətili günləri 17mart-28mart tarixləri arasıdır. 29 mart (bazar günü) 27 mart (cümə günü) tarixinin dərsləri keçiriləcəkdir.

Müəllimlərin nəzərinə!

18 mart 2015-ci il tarixində saat 11:00 da Pedaqoji şura
iclası keçiriləcəkdir.

Bütün müəllimlərin iştirakı vacibdir.


1 03 2015

Məktəbin VII-X sinif şagirdlərinin nəzərinə!



Məktəbimizdə müasir rəqs üzrə komanda yığılır. Komandaya məktəbimizin VII-X sinif şagirdləri daxil ola bilər. Rəqs etməyi öyrənmək və məktəbin komandasına daxil olmaq istəyənlər 9-cu otağa, Axundov Adilə muraciət etsinlər. Məşq şənbə günləri saat 13:00-da  34-cü otaqda keçiriləcək.

Məşqlər ödənişsizdir.

30.1.15

149 №-li tam orta məktəb inşa müsabiqəsi elan edir




Şagirdlərin nəzərinə !

Məktəbimiz 26 fevral-Xocalı faciəsi ilə əlaqədar inşa müsabiqəsi elan edir. Müsabiqədə məktəbin VII, VIII, IX, X, XI sinif şagirdləri iştirak edə bilər. İnşalar  15 fevral tarixinədək direktor müavini Vəfa Alnağıyevaya təqdim edilməlidir.


Qaliblər 3 yer üzrə mükafatlandırılacaq:
I yer – DVD player 
II yer – MP3 SD player 
III yer – USB flash drive
  
Qeyd: İnşalar 12 vərəqli dəftərdə səhifənin bir üzünə səliqəli xətlə yazılmalıdır.

İlk səhifə aşağədakı kimi yazılmalıdır:

Bakı şəhəri E.Şəmiyev adına 149 №-li tam orta

məktəbin ____ sinif şagirdi _______________

____________   inşa yazısı



Diqqət ! Diqqət ! İnternet üzərindən  hazır götürülən mətnlər qəbul edilməyəcək.


30.12.14

Məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Əkbərov Eldəniz Ağadədə oğlunun atası Əkbərov Ağadədənin vəfatı ilə əlaqədar məktəb kollektivi adından dərin hüzn hissi ilə başsağlığı veririk.
                           ALLAH RƏHMƏT ETSİN!




26.12.14

Müəllimlərin nəzərinə!

 5 yanvar 2015-ci il saat 11:00-da pedaqoji şura iclası keçiriləcək.

Bütün müəllimlərin iştirakı vacibdir.


                                                                                            Müdiriyyət