29.10.2015

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda müsabiqənin keçirilməsi baradə

         
          2015-ci il Azərbaycan   Respublikasında  “Kənd təsərrüfatı ili”  elan edilməsi haqqında Azərbaycan  Respublikası Prezidentinin 12 yanvar 2015-ci il tarixli Sərəncamına və “2016-2025-ci illərdə mədəni bitkilərin genetik mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət Proqramına” uyğun olaraq Azərbaycanda  aqrobiomüxtəlifliyin  qorunması və ekoloji təmiz məhsulların əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək və bu sahədə bilik və bacarıqlarının genişləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.10.2015-ci il tarixli 1003 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

ə m r   e d i r ə m :

        1.Ümumtəhsil məktəblərinin şagirdləri, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvləri arasında “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda  respublika müsabiqəsinin  keçirilməsi  baradə Azərbaycan  Respublikası Təhsil Nazirliyinin 16.10.2015-ci il tarixli 1003 nömrəli əmri icra üçün qəbul edilsin.
        2.Müsabiqənin Bakı şəhər mərhələsinin təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
         3.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) müsabiqənin yüksək səviyyədə
keçirilməsini  təmin etsin.

         4.Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq    müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.
       5.Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılıb  yerlərə  çatdırılmasını təmin etsin.
       6.İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin  kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini  təmin etsin. 
       7.Əmrin icrasına nəzarət müdir müavini M. Kəsəmənliyə həvalə edilsin.
       Əsas: Azərbaycan  Respublikası Təhsil Nazirliyinin 16.10.2015-ci il tarixli  1003 nömrəli  əmri.




       Nazir  müavini,
       Bakı  Şəhəri  üzrə  Təhsil  İdarəsinin
       müdir səlahiyyətlərini müvəqqəti  icra edən                   Ceyhun  Bayramov

         Əlavə:

28.10.2015

15 oktyabr-15 noyabr riyaziyyat ayı


 15 oktyabr-15 noyabr riyaziyyat ayı. Məktəbimizin ibtidai sinif müəlliməsi 3L Ələsgərova Gülmira və 4J Alıyeva Şəhanə müəllimənin riyaziyyat fənnidən nümünəvi dərsi.

22.10.2015

Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli sərəncamına uyğun olaraq, "Ən yaxşı müəllim" müsabiqəsinin (bundan sonra müsabiqə) keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Müsabiqənin keçirilməsində başlıca məqsəd ölkənin ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək, novatorluğa və innovasiyalara meyilli müəllimlərə pedaqoji ustalıqlarını nümayiş etdirmək üçün səmərəli şərait yaratmaq, cəmiyyətdə müəllimin statusunu və nüfuzunu yüksəltmək, dövlətin təhsil siyasətinin həyata keçirilməsində müəllimin rolunun getdikcə artmasına nail olmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsində stimullaşdırıcı tədbirlərin mühüm əhəmiyyət daşıdığını geniş ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.
1.3. Müsabiqə hər tədris ili üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilir.

Bütün şikayət və təkliflərinizi bildirə bilərsiniz

20.10.2015

“Fövqəladə hallar uşaqların gözü ilə”

 “Fövqəladə hallar uşaqların gözü ilə”uşaq yaradıcılıq müsabiqəsinə məktəbimizin 7ç sinif şagirdi Xankişiyev Xankişinin əl işi. Şagirdimizin bu əl işinin yaxşı nəticə yer tutacağına inanırıq. Uğurlar arzulayırıq!

“Hüquqlarımızı tanıyaq və qoruyaq!” inşa yazı müsabiqəsi

Məktəblilər arasında hüquqi biliklərin artırılması, onların öz hüquqlarını tanıması, bu istiqamətdə istedadlı şagirdlərin aşkara çıxarılması məqsədi ilə

                                  əmr edirəm:

1.Bakı şəhərinin ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında 2015-ci ilin noyabr ayında “Hüquqlarımızı tanıyaq və qoruyaq!” mövzusunda inşa yazı müsabiqəsi keçirilsin.

2.Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsin.

4. Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

5. Müsabiqə qaliblərinin mükafatlandırılması ilə əlaqədar lazımi tədbirlərin görülməsi müdir müavini N.Səfərovaya tapşırılsın.

6.Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

7.İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.

8.Əmrin icrasına nəzarət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini M.Kəsəmənliyə həvalə olunsun.

Əsas:Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2015-ci il üçün Fəaliyyət Planı.



Nazir müavini,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin

müdir səlahiyyətlərini müvəqqəti icra edən: Ceyhun Bayramov

              Əlavə:

18.10.2015

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi günüdür

Müstəqilliyimizin 24 yaşı tamam oldu
Azərbaycan xalqını 18 Oktyabra aparan yol nə qədər mürəkkəb idisə, bu müstəqilliyin qorunub möhkəmləndirilməsi bir o qədər məsul və şərəfli idi...
18 oktyabr Azərbaycanın yeni tarixində əlamətdar günlərdən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqilliyini bərpa edib.
Həmin gün respublika parlamenti – Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqqında Konstitusiya Aktı”nı qəbul edib.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi Sovet İttifaqının çöküşü və "soyuq müharibə"nin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda baş verirdi. Nəhəng imperiyanın iflası müttəfiq respublikaların hamısı üçün müstəqil dövlətçiliyin yolunu açmışdı.