26.02.2016

"Beynelxalq Ana dili günü" ilə bağlı keçirilən açıq dərslər.

"Beynəlxalq Ana dili günü" ilə bağlı 3ç sinfi, sinif rəhbəri H. Vüsalə müəllim, 3a sinfi, sinif rəhbəri O. Fizzə müəllim, 4ə sinfi, sinif rəhbəri İ.Rəna müəllim, 4ç sinfi, sinif rəhbəri M. Lalə müəllim hazırladıqları açıq dərsləri təqdim etmişdilər.

25.02.2016

Xocalı uşaqların gözü ilə inşa müsabiqəsi


Xəzər Rayon Gənclər idarəsinin keçirdiyi Xocalı uşaqların gözü ilə inşa müsabiqəsinin qalibi məktəbimizin XI a sinif şagirdi Şükürlü Ləman Hidayət qızı olmuşdur. Şagirdimizi təbrik edib gələcək müsabiqələrdə uğurlar diləyirik.

26 fevral Xocalı faciəsi

Bu gün "26 fevral Xocalı faciəsi" günü ilə bağlı məktəbimizin ingilis dili müəllimi Həsənova Sahibə müəllimin təşəbbüsü və 4t sinfinin yarımqrup üzrə şagirdlərinin iştirakı ilə hazırlanan tədbir kövrək anlar yaşatmışdır. Sonda məktəbin ditektoru Rəhilə xanım Baxşıyeva rəğbət dolu sözlərini dilə gətirərək bir daha qəlbləri oxşamışdır.


23.02.2016

İstək liseyində "Gənc fiziklər" lahiyəsi

Gənc fiziklər lahiyəsi çərçivəsində məktəbimizin şagirdləri İstək liseyinin laboratoriyasında pedaqoji kollektivlə görüş keçirilmişdir və bu görüş şagirdlərimizə Fizika fənninə olan marağı daha da artırmışdır. Əminik ki, bu görüşun müsbət nəticələri tezliklə öz bəhrəsini verəcək.
Bu görüşün təşkilində fəal iştirak etmiş məktəbimizin təlim tərbiyə işləri üzrə direktor müavini Fuad Mirzəyev və fizika müəllimi Ramiq Zahidova məktəb müdriyyəti dərin təşəkkürlərini bildirir. UĞURLAR SİZƏ!!!

22.02.2016

Elektron sistem vasitəsilə I sinfə qəbul


Elektron sistem vasitəsilə I sinfə qəbul



Təhsil naziri Mikayıl Cabbarov “2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə” əmr imzalayıb.
Əmrə əsasən, Bakı şəhərinin ümumtəhsil məktəblərində, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla, elektron sistem vasitəsilə həyata keçirilməsi qərara alınıb.

20.02.2016

"Beynəlxalq Ana dili" gününə həsr olunmuş "Ana dilini sevək sevdirək" adlı intellektual yarış

 Bu gün 21 fevral "Beynəlxalq
Ana dili" gününə həsr olunmuş "Ana dilini sevək sevdirək" adlı intellektual yariş keçirildi. 6-cı sinflər arasında keçirilən yarışda 6c sinifi I yer, 6ə sinifi II yerin qalibi oldu. Qaliblər Diplomla mükafatlandırıldı.



Klubun Sədri: Ləman Hacıyeva
Sədr müavini: Nəriman Məmmədzadə
Katib: Vəfa Əhmədova
Üzvləri: Cəmilə Məmmədova, Pərvin Pirmuradova və Firuzə Süleymanova.


Ana dilim ölməyəcək!!!

İnsan ömrü boyu çeşidli dillər öyrənir və danışır. Bəzən yabançı ölkələrdə yaşadığı üçün ana dilində deyil, həmin  məmləkətin dilində danışmalı olur. Ancaq, hansı dildə danışır danışsın, insan çətinə düşəndə, köməyə çağıranda, dərd-qəmindən söhbət açanda, öz-özünə danışanda və son nəfəsində həmişə ana dilindən istifadə edir.İllərlə danışılmasa belə, ana dili heç vaxt unudulmur. 
Azərbaycan Türkcəsi yüzillərin sınağından çıxmışdır. İşğallar sonucunda Azərbaycan Türkcəsinin adı dəyişdirilmiş, beləliklə uzun müddət “Azərbaycan türkcəsi”, “Türk dili”,  “Türki”,“Tatar dili”, “Qafqaz Tatarlarının dili” adlandırılmışdır.Əlifbamız isə dəfələrlə dəyişdirilmişdir. Millətimiz uzun illər boyu öz dilində rahatlıqla danışa bilməmiş, bəzən də dilimiz dövlət səviyyəsində istifadə edilməmişdir.Təəssüflə qeyd etməliyik ki, bütün bunlar dilimizdə zərərli izlər və dərin yaralar belə buraxmışdır.