14.06.2016

“Son zəng” vuruldu

Bu gün  məktəbimizdə  11-ci sinfi bitirən şagirdlər üçün “Son zəng” vuruldu. 2015-2016-cı tədris ilini başa vuran Məzunlar bir birindən maraqlı çıxışları ilə müəllim və valideynlərini sevindirdilər. Tədbirdə Xəzər rayon İcra Hakimiyətinin və Binə bələdiyyəsinin nümayəndələri çıxış etdi. Onlarda öz sözləri ilə məzunlarımızı təbrik etdilər.  Məktəbimizin direktoru Rəhilə xanım Baxşiyeva məzunları təbrik edərək, onlara gələcək həyatlarında müvəffəqiyyətlər dilədi.
Tədbirdə  əməyi keçən və zəhməti olan hər kəsə təşəkkürlərimizi bildiririk.


28.04.2016

Məktəbimizin komandası "Ekolab" layihə olimpiadasının Xəzər rayon mərhələsində Kimya tədqiqat sahəsi üzrə I yerə laiq görülmüşdür.




25.04.2016

Məktəbimizin şagirdləri AZTV nin 105 FM radosununu Bəhər "TOK-ŞOU"nun qonaqları oldular

Bu gün məktəbimizin şagirdləri AZTV nin 105 FM radosununu Bəhər "TOK-ŞOU"nun qonaqları oldular. TOK-ŞOU-nun mövzusu "Pis vərdişlərə yox deyək". Şagirdlərimizin bu mövzu haqqında fikirlərini və öz həm yaşıdlarına məsləhətlərini bilmək istəyirsinizsə bazar günü saat 16:00 da AZTV nin 105 FM radosununu, Bəhər "TOK-ŞOU"nu dinləməyi unutmayın.

21.04.2016

Bakı Şəhər birinciliyi III yer

Bakı şəhər məktəbləri arasında keçirilən XXVIII spartakiadanın Voleybol (oğlanlar) növü üzrə yarışda məktəbimizin komandası III yerin sahibi olmuşdur. Məktəb rəhbərliyi adında komandamızı təbrik edib uğurlarının davamlı olmasını arzulayırıq.

7.04.2016

Bu gün məktəbimizdə Şəhidlərin ruhuna həsr olunmuş aksiya keçirildi.

Bu gün məktəbimizdə Şəhidlərin ruhuna həsr olunmuş aksiya keçirildi. Aksiya zamanı məktəb kollektivi xalqımızın vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi.Aksiyamızda müəllim və şagirdlərin vətən haqqında olan şeirləri, mahnıları və qələbəyə səslənən şuarları bizim qələbəyə israrlı olduğumuzu bir daha sübut etdi.