ə m r e d i r ə m :
1.Ümumtəhsil məktəblərinin şagirdləri, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvləri arasında “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda respublika müsabiqəsinin keçirilməsi baradə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.10.2015-ci il tarixli 1003 nömrəli əmri icra üçün qəbul edilsin.
2.Müsabiqənin Bakı şəhər mərhələsinin təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) müsabiqənin yüksək səviyyədə
keçirilməsini təmin etsin.
4.Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.
5.Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
6.İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.
7.Əmrin icrasına nəzarət müdir müavini M. Kəsəmənliyə həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.10.2015-ci il tarixli 1003 nömrəli əmri.
Nazir müavini,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov
Əlavə: