Bu gün məktəb pedaqoji şurasının növbəti iclası keçirildi. Pedaqoji şurada sinif jurnalları və şəxsi işlərin vəziyyəti müzakirə olundu. Direktor müavinləri tərəfindən nöqsanlar müəllimlərə bildirildi və xəbərdarlıqlar edildi. Keçirilən fənn olimpiadasının nəticələri açıqlandı. 9-cu siniflərdə tədrisin keyfiyyəti və risk qrupları üçün fənn müəllimlərinə məlumatlar verildi. Sonda məktəbin direktoru Rəhilə Baxşıyeva müəllimlərə uğurlar arzuladı.
19.11.2016
17.11.2016
Məktəbimiz təltif edildi.
Azərbaycan Respublikası Konistitutsiya Məhkəməsinin Konistitusiya gününə həsr olunmuş "Hüquqi dövlətin əsasları" mövzusunda keçirdiyi hüquq olimpiadasında III yer tutduğuna görə Bakı şəhəri Xəzər rayonu Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbi təltif edilir.
26.10.2016
FƏXRİ FƏRMAN VERİLDİ
MARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ
19.09.2016
10.08.2016
14.06.2016
“Son zəng” vuruldu
Bu gün məktəbimizdə 11-ci sinfi bitirən şagirdlər üçün “Son zəng” vuruldu. 2015-2016-cı tədris ilini başa vuran Məzunlar bir birindən maraqlı çıxışları ilə müəllim və valideynlərini sevindirdilər. Tədbirdə Xəzər rayon İcra Hakimiyətinin və Binə bələdiyyəsinin nümayəndələri çıxış etdi. Onlarda öz sözləri ilə məzunlarımızı təbrik etdilər. Məktəbimizin direktoru Rəhilə xanım Baxşiyeva məzunları təbrik edərək, onlara gələcək həyatlarında müvəffəqiyyətlər dilədi.
Tədbirdə əməyi keçən və zəhməti olan hər kəsə təşəkkürlərimizi bildiririk.
Tədbirdə əməyi keçən və zəhməti olan hər kəsə təşəkkürlərimizi bildiririk.
27.04.2016
25.04.2016
Məktəbimizin şagirdləri AZTV nin 105 FM radosununu Bəhər "TOK-ŞOU"nun qonaqları oldular
Bu gün məktəbimizin şagirdləri AZTV nin 105 FM radosununu Bəhər "TOK-ŞOU"nun qonaqları oldular. TOK-ŞOU-nun mövzusu "Pis vərdişlərə yox deyək". Şagirdlərimizin bu mövzu haqqında fikirlərini və öz həm yaşıdlarına məsləhətlərini bilmək istəyirsinizsə bazar günü saat 16:00 da AZTV nin 105 FM radosununu, Bəhər "TOK-ŞOU"nu dinləməyi unutmayın.
21.04.2016
7.04.2016
Bu gün məktəbimizdə Şəhidlərin ruhuna həsr olunmuş aksiya keçirildi.
Bu gün məktəbimizdə Şəhidlərin ruhuna həsr olunmuş aksiya keçirildi. Aksiya zamanı məktəb kollektivi xalqımızın vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi.Aksiyamızda müəllim və şagirdlərin vətən haqqında olan şeirləri, mahnıları və qələbəyə səslənən şuarları bizim qələbəyə israrlı olduğumuzu bir daha sübut etdi.
3.04.2016
Rəhbərlik ilə görüş.
Rəhbərliyin 9-cu siniflərarası zəif nəticələr əldə etmiş şagirlərdən təşkil olunmuş qrupun valideynləri ilə keçirilmiş iclası. İclas zamanı qarşıya qoyulmuş məqsədlər və gözlənilən nəticələr barədə valideyinlərə məlumat verilmiş, şagirdlərin yüksək nailiyyət əldə etmələri üçün "Müəllim valideyn əməkdaşlığı"nın zəruriliyindən söhbət açılmışdır. Sonda valideynlər qrupa daxil olan şagirdlərin fənn müəllimlərinə və rəhbərliyə öz minnətdarlıqlarını bildirerek birge əməkdaşlığa və şagirdlər üzərində nəzarətin gücləndiriləməsinə xüsusi diqqət yetirəcəklərinə söz vermişdilər.
18.03.2016
8.03.2016
5.03.2016
5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür
5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür. Bu tarix Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır. 2012-ci il həm də Dövlət başçımız tərəfindən “İdman ili” elan edilib. Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub......Prezidenti İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı. Və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi...
26.02.2016
"Beynəlxalq Ana dili günü" ilə bağlı təşkil olunan "Ana dilimizi sevək, sevdirək" adlı tədbir.
"Beynəlxalq Ana dili günü" ilə bağlı təşkil olunan "Ana dilimizi sevək sevdirək" adlı tədbirin təşkili 3ə sinfi və sinif rəhbəri Əliyeva Arzu müəllimin təşəbbüsü, səyi və iştirakı ilə ərsəyə gətirilmişdir. Tədbir rəngarəngliyi və möhtəşəmliyi ilə ağıllara həkk olmuşdur.
Kaydol:
Kayıtlar (Atom)