20.01.2016

"20 YANVAR" faciəsi ilə bağlı 3 c sinfinin və sinif rəhbəri Naibə müəllimin ərsəyə gətirdiyi və dərin hisslərin yaşandığı möhtəşəm tədbir.



"20 YANVAR" faciəsi ilə bağlı 2 a sinfinin və sinif rəhbəri Samirə müəllimin ərsəyə gətirdiyi hüzn dolu nümunəvi açıq dərsi.


"20 YANVAR" faciəsi ilə bağlı keçirilən tədbirdən xatirə rəsmləri. 3 n sinfi. Afiqə müəllim.



"20 YANVAR" faciəsi ilə bağlı 1 q sinfinin və sinif rəhbəri R.Vüsalə müəllimin təşəbbüsü ilə hazırlanan əl işləri.



20 yanvar faciəsinin 26-ci ildönümü xatirəsinə həsr olunmuşdur.


20 yanvar faciəsindən 26 il ötür

20 yanvar faciəsindən 26 il ötür


1990-cı ilin 20 yanvar günü  Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin  həm ən faciəli və hüznlü günlərindən biridir, həm də bir qəhrəmanlıq səhifəsidir...
Həmin gün ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələri yeridildi. Azərbaycanda kommunist rejimi saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə  SSRİ rəhbərliyinin əmri ilə Bakıya yeridilən sovet ordusu rəsmi rəqəmlərə görə 35 min əsgərdən ibarət idi.

18.01.2016

DAHA BİR UĞUR ŞÜKÜRLÜ LƏMANDAN.

DAHA BİR UĞUR ŞÜKÜRLÜ LƏMANDAN.
“Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa müsabiqəsinin respublika mərhələsində 1-ci yerin qalibi məktəbimizin XI sinif şagirdi Şükürlü Ləman Hidayət qızı olmuşdur. 
Şagirdimizi təbrik edib gələcək müsabiqələrdə uğurlar diləyirik. 
Dekabrın 20-də Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseydə “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa müsabiqəsinin respublika mərhələsi keçirilib. Müsabiqədə respublikanın bütün bölgələrindən olan 101 nəfər şagird iştirak edib.
Qeyd edək ki, “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2015-ci il üzrə birgə Fəaliyyət planınına və həmin planın 8-ci bəndinin icrası məqsədilə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilir.
Müsabiqədə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edib. Müsabiqənin 30 mindən çox şagirdin iştirak etdiyi məktəb və rayon (şəhər) mərhələləri cari ilin oktyabr-noyabr aylarında təşkil olunub

16.01.2016

Zahid Xəlil ilə görüş


Bu gün məktəbimizin şagirdləri Binə mədəniyyət mərkəzində dahi şair Zahid Xəlil ilə görüş keçirilib. Şagirdlərimizin çıxışlar, səhnələri ilə davam edən görüşdə yarışlar keçirildi və şairimiz tərəfindən hədiyyələr təqdim edildi. Tədbirin təşkili və keçirilməsinə görə məktəbimizin ibtidai sinif müəllimi Gülmira Ələsgərovaya dərin minnətdarlığımızı bildiririk.

15.01.2016

20 yanvar hadisəsinin 26-cı il dönümü ilə əlaqədar inşa yazı müsabiqəsi

Xəzər Rayon Gənclər idarəsinin 20 yanvar hadisəsinin 26-cı il dönümü ilə əlaqədar keçirdiyi inşa yazı müsabiqəsində məktəbimizin 11a sinif şagirdi Şükürlü Ləman 1-ci yerə laiq görüldü.   Şagirdimizi təbrik edib gələcək müsabiqələrdə uğurlar diləyirik.