15.11.2014

Məktəbdaxili Bilik yarışı keçirildi

15 noyabr 2014-cü il tarixdə Bakı şəhər 149 №-li tam orta məktəbdə Bilik yarışı keçirilmişdir. Bu yarışda məktəbin 322 şagirdi iştirak etmişdir. Onlardan 46-sı yüksək nəticə toplayıb. Ən yüksək nəticə toplayan 14 şagird isə rayon turuna vəsiqə qazanmışdır.
Rayon turuna vəsiqə qazananlar


11.11.2014

Məktəblilərin otüstü hokkey festivalı başa çatıb


Azərbaycan Otüstü Hokkey Federasiyası, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, eləcə də Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən birgə keçirilən otüstü hokkey üzrə Bakı şəhər açıq festivalı noyabrın 9 – da başa çatıb. Azərbaycanda otüstü hokkeyin yaranmasının 45-ci ildönümünə həsr olunan festival 2000-2002-ci il təvəllüdlü oğlan və qızlar arasında baş tutub. Festivalın finalında 8 komanda mübarizə aparıb. Yekun nəticələrə görə, qızlar arasında I yeri 117 (Xəzər), II yeri 149 (Xəzər), III yeri 233 (Qaradağ) saylı məktəblərin komandaları, oğlanlar arasında I yeri 2 № -li Uşaq Evi,  II yeri 22 (Sumqayıt), III yeri 117 (Xəzər) saylı məktəblərin komandaları tutub.  

http://bakuedu.gov.az/az/news/277

9.11.2014

9 Noyabr - Bayraq günü

Bakı şəhəri Xəzər rayonu E.Şəmiyev adına 149 №-li tam orta məktəbdə 9 Noyabr - Bayraq günü qeyd edildi.

7.04.2014

VIII sinif Ədəbiyyat fənnindən interaktiv dərs resursu

149№-li məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ləman Hacıyevadan Məhhəməd Füzulinin həyat və yaradıcılığı haqqında elektron-interaktiv dərs. 2014-cü ilin aprel ayında edu.mimio.az saytında yayımlanmışdır. Dərsi aşağıdakı linkdən yükləyə bilərsiniz.
http://edu.mimio.az/…/pageName=lessons&is_category=0&id=453/



13.08.2013

V sinif Azərbaycan dili fənnindən elektron-interaktiv dərs

149 №-li məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  Ləman Hacıyevanın "Frazeoloji birləşmələr" mövzusunda hazırladığı elektron-interaktiv dərs. Dərsi aşağıdakı linkdən yükləyə bilərsiniz:
http://edu.mimio.az/pages/default/pageName=lessons&is_category=0&id=187/