18.12.2014

Xəzər rayon məktəbləri arasında keçirilən XXVII spartakiada

Xəzər rayon məktəbliləri arasında keçirilən XXVII spartakiadanın Voleybol (qızlar) növü üzrə növbəti yarış baş tutmuşdur. 

Yarışda Xəzər rayon E.Şəmiyev adına 149 №-li tam orta məktəbin komandası 1-ci yerin qalibi oldu.
Məktəbin komandası.
Müəllim:     Hümbətov Muğani
Şagirdlər:   Əliyeva Aygün
                  Kərimova Albina
                  Yarəliyeva kamilə
                  Əliyeva İlahə 
                  İmanlı Sona
                                                                                              İmanova Nigar
                                                                                              Sultanova Fidan
                                                                                              Məmmədova Aysel
                                                                                              Bəhmənova Aytac
                                                                                              Məmmədli Təhminə
                                                                                              Məhərrəmova Aynur
                                                                                              Rüstəmova Seyidxanım
                                                                                            



13.12.2014

BİLİK FONDU MÜSABİQƏ ELAN EDİR!

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu noyabrın 15-dən fevralın 1-dək vətənpərvərlik mövzusunda müsabiqə elan edir!
Müsabiqə üç yaş qrupunda, aşağıdakı nominasiyalar üzrə keçiriləcək:
1. şeir, esse və ya hekayə;
2. rəsm və ya əl işləri;
3. foto;
Müsabiqəyə qatılan iştirakçılar 10-17, 18-25, 26-35 yaş qrupları üzrə bölünəcəklər.
Hər yaş qrupunun qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
• Seçilmiş şeir, hekayə və esselərdən ibarət toplu nəşr olunacaq.
• Rəsm, foto və əl işlərindən ibarət sərgi keçiriləcək.
Qaliblər 2015-ci il fevralın 15-də təltif olunacaqlar!

9.12.2014

HEYDER ƏLİYEV-in anım gününə həsr olunmuş şeir müsabiqəsi keçirildi


Ümümmilli lider HEYDER ƏLİYEV-in anım günü ilə əlaqədər "Əbədiyyət dastanı" adlı şeir müsabiqəsinə yekun vuruldu. 

Müsabiqədə məktəbin şagirdləri Ağalarova Mirsəidə və Əliyev Aytac məktəbimizi təmsil edirdi. Hər iki şagirdimiz gözəl səsləri ilə şerlərini ifa etdilər. Nəticədə  Ağalarova Mirsəidə II yerə layiq görüldü.

Hər iki şagirdimizi təbrik edirik, uğurlarının davamını və daha  yüksək nəticələr göstərməyi arzulayırıq!

3.12.2014

Xəzər rayon məktəbləri arasında keçirilən XXVII spartakiada


Xəzər rayon məktəbliləri arasında keçirilən XXVII spartakiadanın stolüstü-tenis növü üzrə növbəti yarış baş tutmuşdur. 

Yarışda Xəzər rayon E.Şəmiyev adına 149 №-li tam orta məktəbin komandası III yeri tutmuşdur.
Məktəbin komandası.
Müəllim:    Abbasov Abbas
Şagirdlər:  Kərimov İbrahim 
                 Seyidov Zaur
                 Larkin Vladimir
                 Quluzadə Leyla 

26.11.2014

Xəzər rayon "Xəmsə" intellektual oyununun qalibi bəlli oldu


Xəzər rayon məktəbləri arasında keçirilmiş "Xəmsə" milli intellektual oyununda Elçin Şəmiyev adına 149 №-li tam orta məktəbin komandası  I yeri tutmuşdur.

25.11.2014

Məktəb dərsliklərinin elektron formada istifadəsi


Hörmətli müəllimlər və şagirdlər, Təhsil Nazirliyinin e-derslik.edu.az saytında qeydiyyatdan keçərək, istədiyiniz dərsliyi elektron formada yükləyə bilərsiniz. Hal-hazırda saytda yalnız VI və VII sinif dərslikləri yerləşdirilib. 
Elektron dərsliklərdən oflayn rejimdə isitifadə etmək üçün aşağıdakı keçiddən istifadə edərək proqramı kompüterinizə yükləyə bilərsiniz:

http://azardi.infogridpacific.com/azardi-download.html

Elektron dərsliklərin üstünlükləri:

- Müxtəlif istifadə formaları - onlayn və ya oflayn rejimdə
- Kompüter, planşet, mobil telefon vasitəsilə dərsliklərin istifadə imkanlarının mövcudluğu
- Əyani vəsaitlərin mövcudluğu - qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri
- Böyük həcmli məlumatların saxlanması
- Mətnlər üzərində qeydlərin aparılmasının mümkünlüyü
- Rahat istifadə - axtarış sisteminin mövcudluğu
- Mobillik - hər yerdə və hər zaman istifadənin mümkünlüyü


24.11.2014

ANA DİLİMİZİ QORUYAQ !


İnsan ömrü boyu çeşidli dillər öyrənir və danışır. Bəzən yabançı ölkələrdə yaşadığı üçün ana dilində deyil, həmin  məmləkətin dilində danışmalı olur. Ancaq, hansı dildə danışır danışsın, insan çətinə düşəndə, köməyə çağıranda, dərd-qəmindən söhbət açanda, öz-özünə danışanda və son nəfəsində həmişə ana dilindən istifadə edir.İllərlə danışılmasa belə, ana dili heç vaxt unudulmur. 
Azərbaycan Türkcəsi yüzillərin sınağından çıxmışdır. İşğallar sonucunda Azərbaycan Türkcəsinin adı dəyişdirilmiş, beləliklə uzun müddət  “Türk dili”,  “Türki”, “Tatar dili”, “Qafqaz Tatarlarının dili” adlandırılmışdır. Əlifbamız isə dəfələrlə dəyişdirilmişdir. Millətimiz uzun illər boyu öz dilində rahatlıqla danışa bilməmiş, bəzən də dilimiz dövlət səviyyəsində istifadə edilməmişdir. Təəssüflə qeyd etməliyik ki, bütün bunlar dilimizdə zərərli izlər və dərin yaralar  buraxmışdır.