Bu gün məktəbimizin həyatında əlamətdar bir gün kimi yadda qaldı. Məktəbimizdə fəal müəllimlərin təşkil etdiyi "İntellektual Klub" öz fəaliyyətinə başladı. İlk yarışmanı 5-ci siniflər arasında keçirdik və hər şey uğurlu oldu. 5-cilərin fəallığı və intellektual səviyyələrinin yüksək olması bizi çox sevindirdi. İnanırıq ki, Klubumuz şagirdlərin bilik səviyyələrinin yüksəldilməsində mühüm rol oynayacaq.
Sədr: Ləman Hacıyeva,
Müavin : Nəriman Məmmədzadə,
Katib: Ayişəgül Ələkbərova
Üzvlər: Pərvin Pirmuradova, Cəmilə Məmmədova, Firuzə Süleymanova, Cavid Muradov.

Hiç yorum yok:
Yorum Gönder