Bu gün Pedaqoji Şuranın növbəti iclası keçirildi. Məktəb
direktoru Rəhilə xanım I yarımilin yekunlarından, yeni tədris ilində qarşıda
duran vəzifələrdən danışdı. İclasda jurnalların, məktəbli kitabçalarının
və yoxlama dəftərlərinin aparılması, Məktəb Şurasının yaradılması və üzvlərin
seçilməsi, Məktəbin blogu, məktəb müəllimlərinin facebookdakı qrupu (Müəllim
Birliyi), İntellektual klubun fəaliyyəti, müəllim-şagird münasibətləri
və s. məsələlər müzakirə olundu.
Direktor müavini Vələddin Nurəddinov Məktəb Şurası barədə
məlumat verdi, üzvlər səsvermə yolu ilə seçildi. Məktəbli kitabçalarının
aparılması vəziyyəti barədə direktor müavini Vəfa Əlnağıyeva
danışdı.
Tarix müəllimi Elvin Hacıyevin "Xəmsə"yə, Cavid
Muradovun məktəb olimpiadasına uşaqları hazırlaması, Cəmilə Məmmədova, Pərvin
Pirmuradova, Cavid Muradov, Nəriman Məmmədzadə və Ləman Hacıyevanın
İntellektual Klubun yaradılmasında, Fərqanə Əliyevanın yoxlama dəftərlərinin
aparılmasında göstərdikləri fəallıq qeyd olundu. İclasın sonunda fəal müəllimlərə
təşəkkürlər elan edildi.
Hiç yorum yok:
Yorum Gönder