İnsan ömrü boyu çeşidli dillər öyrənir və danışır. Bəzən yabançı ölkələrdə yaşadığı üçün ana dilində deyil, həmin məmləkətin dilində danışmalı olur. Ancaq, hansı dildə danışır danışsın, insan çətinə düşəndə, köməyə çağıranda, dərd-qəmindən söhbət açanda, öz-özünə danışanda və son nəfəsində həmişə ana dilindən istifadə edir.İllərlə danışılmasa belə, ana dili heç vaxt unudulmur.
Azərbaycan Türkcəsi yüzillərin sınağından çıxmışdır. İşğallar sonucunda Azərbaycan Türkcəsinin adı dəyişdirilmiş, beləliklə uzun müddət “Azərbaycan türkcəsi”, “Türk dili”, “Türki”,“Tatar dili”, “Qafqaz Tatarlarının dili” adlandırılmışdır.Əlifbamız isə dəfələrlə dəyişdirilmişdir. Millətimiz uzun illər boyu öz dilində rahatlıqla danışa bilməmiş, bəzən də dilimiz dövlət səviyyəsində istifadə edilməmişdir.Təəssüflə qeyd etməliyik ki, bütün bunlar dilimizdə zərərli izlər və dərin yaralar belə buraxmışdır.
Rus və fars sovinizminin təsiriylə dilimizə bir çox yabançı sözlər daxil olmuşdur. Bəzən dilimizin sözlük tərkibinin çox da zəngin olmamasını nəzərə alaraq alınma sözlərdən istifadə etməyimiz normal qarşılana bilər. Ancaq, dilimizdə qarşılığı olduğu halda, həmin sözləri öz ana dilimizdə deyil, başqa bir dildə işlətmək qəbuledilməzdir.
Hələ ötən yüzilin başında Cəlil Məmmədquluzadə ana dilimizə olan münasibəti görüb yana-yana deyirdi: “Dirisiylə rusca, ölüsüylə ərəbcə danışan xalqım mənim..”
Bu gün Azərbaycanda öz dilində təmiz danışan insanlar çox deyil. Bəziləri öz nitqində rus, ingilis, ərəb və s. sözlərindən gen-bol istifadə edir. Ya bunu özünün savadlı olmasının göstəricisi kimi qəbul edir və ya bunun heç fərqində belə deyil, ya da sonucda azyaşlı uşaqlarımız da böyüklərindən necə eşidirlərsə, onlar da həmin üslubda danışırlar. Bu kədərli və üzücü mənzərə olduqca acı və dəhşət saçan bir tablodur. Hətta bəzi hallarda onlar başa düşmürlər ki, əslində nitqlərində istifadə etdikləri sözlər ana dilimizdə deyil. Məsələn, “ruçka”, “vilka”, “uje”, “tak şto”, “voobşe” və s. kimi sözlərin nitqimizdə istifadəsi artıq adi hala çevrilib. Fikrimizcə artıq bu kimi sözlərin dilimizdən təmizlənməsi üçün tədbirlər görülməlidir. Ən əsası orta məktəblərdə müəllimlər dərs zamanı şagirdlərin işlətdikləri həmin sözlərin ana dilimizdə olmadığını və öz dilimizdə anlamını qeyd etməlidirlər. Dilimizin saflığını qorumaq tək müəllimlərin işi olmamalı, bütün vətəndaşlar bunu müqəddəs borcu kimi qəbul etməlidir. Kütləvi informasiya vasitələri ilə geniş təbliğat aparılmalıdır.
Görkəmli rus yazıçısı Konstantin Uşinski dil haqqında demişdir: “Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət qalmaz”.
Hər bir xalqın milli-mənəvi sərvəti olan dil zaman keçdikcə ya inkişaf edib zənginləşir, ya da əksinə olaraq başqa dillərin təsiri ilə əriyib yoxa çıxır. Dili bu cür təsirlərdən qorumaq isə onun mənsub olduğu xalqın vəzifəsidir. Gəlin, dilimizi məhv etməyək! Ana dilimizi qoruyaq! Öz dilimizi biz qorumasaq, kim gəlib bizim dilimizin qeydinə qalacaq?!

Hiç yorum yok:
Yorum Gönder