19.11.2016

Pedaqoji şura iclası


Bu gün məktəb pedaqoji şurasının növbəti iclası keçirildi. Pedaqoji şurada sinif jurnalları və şəxsi işlərin vəziyyəti müzakirə olundu. Direktor müavinləri tərəfindən nöqsanlar müəllimlərə bildirildi və xəbərdarlıqlar edildi. Keçirilən fənn olimpiadasının nəticələri açıqlandı. 9-cu siniflərdə tədrisin keyfiyyəti və risk qrupları üçün fənn müəllimlərinə məlumatlar verildi. Sonda məktəbin direktoru Rəhilə Baxşıyeva müəllimlərə uğurlar arzuladı.

17.11.2016

Bu gün məktəb daxili bütün sinif və fənnlər üzrə bilik yarışması keçirildi.


Məktəbimiz təltif edildi.

Azərbaycan Respublikası Konistitutsiya Məhkəməsinin Konistitusiya gününə həsr olunmuş "Hüquqi dövlətin əsasları" mövzusunda keçirdiyi hüquq olimpiadasında III yer tutduğuna görə Bakı şəhəri Xəzər rayonu Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbi təltif edilir.

26.10.2016

FƏXRİ FƏRMAN VERİLDİ

Məktəbimizin Direktoru Rəhilə xanım Baxşıyeva təhsil sahəsində səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatinda fəal iştirakına görə Xəzər rayon İcra Hakimiyyətinin Başçısının 03.10.2016-cı il tarixli 495 №-li sərəncamı ilə təltif olundu.

MARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ

"Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklələ mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"sını əsas tutaraq bu gün məktəbimizdə şagirdlərə irsi və infeksion xəsəliklərlə bağlı geniş məlumat verilib, video rolik göstərilmişdir.