30.05.2015

<< SON ZƏNG >>

    SON ZƏNG

30 May tarixində məktəbimizin 2015-ci il məzunları üçün Son zəng tədbiri keçirilib. Tədbirdə məktəb müdiriyyəti, müəllim kollektivi, şagird və valideynlər iştirak ediblər. Tədbir məzunların maraqlı çıxışları ilə yadda qalıb. Şagirdlərimiz musiqilər söyləyib, səhnəcik və rəqslər nümayiş etdiriblər. Məktəbimizin direktoru Rəhilə xanım Baxşiyeva məzunları təbrik edərək, onlara gələcək həyatlarında müvəffəqiyyətlər diləyib. 

27.05.2015

NÖVBƏTİ UĞUR MÜƏLLİMİMİZDƏN


Zəngi liseyi və "AVMAİB"in Ulu Öndər Heydər Əliyevin 92-ci ildönümünə həsr etdiyi "İnnovativ Müəllim - 2015" müsabiqəsinin nəticələri bəlli oldu. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Ləman Hacıyevanın hazırladığı tədris resursu bu müsabiqədə "İnteraktiv mozaika" nominasiyası üzrə III yerə layiq görülmüşdür. 
Məktəb  rəhbərliyi və kollektivi adından Ləman müəlliməni  təbrik edir, uğurlarının davamını diləyirik.



“Sərhədlərimizin keşiyində” inşa yazı müsabiqəsində III yer


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar 2015-ci il üçün Fəaliyyət Planı”na əsasən şagirdlər arasında silsilə tədbirlər, inşa yazı və rəsm müsabiqələri keçirilib
Azərbaycan Demokratik Respublikasının yaradılmasının 97-ci, Sərhəd Mühafizəsinin yaradılmasının 96-cı ildönümünə və İlk Avropa oyunlarına həsr olunmuş “Milli - Mənəvi İrsimiz - Bizim Tariximizdir”, “Mənim Vətənim”, “Sərhədlərimizin keşiyində”, “İlk Avropa oyunları gənc rəssamların gözü ilə” nominasiyaları üzrə diyarşünaslıq olimpiadası, inşa yazı və rəsm müsabiqələrinin şəhər mərhələsinin qalibləri mükafatlandırılıb.
Qaliblər sırasında “Sərhədlərimizin keşiyində” inşa yazı nominasiyasında IX – XI siniflər üzrə məktəbimizin 10a sinif şagirdi Şükürlü Ləman III yerə layiq görülmüşdür.

20.05.2015

Şagirdimizdən yeni uğur


"Təhsil Respublika İdman Mərkəzi" 2015-ci il Bakıda keçiriləcək 1-ci Avropa oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman yarışlarında məktəbimizin şagirdləri də iştirak edir. 7c sinif şagirdimiz Rəhimzadə Həsən Boks idman növü üzrə bu yarışlarda iştirak etmiş və II yerin qalibi olmuşdur.
Məktəb rəhbərliyi və kollektvi adında şagirdimizi təbrik edib uğurlarının davamını diləyirik.



18.05.2015

10a və 10c sinfləri arasıda Dünyagörüşü mövzusuda "Uğur sorağı" intellektual yarışı



Bu gün "Uğur sorağında" İntellektual Klubunun 2014/2015-ci tədris ili üzrə son yarışması 10a və 10c sinifləri arasında keçirildi. Demək olar ki, ilin ən gərgin yarışması sərgiləndi. Bərabər xallarla irəliləyən komandalardan 10a sinfi  yalnız bir xal fərqi yaradaraq üstünlük əldə edə bildi. Nümayiş etdirdikləri bilik nəticəsində hər iki komandanın şagirdlərini qalib hesab edərək təbrik edirik!

9.05.2015

Məktəb rəhbərliyli başda olmaqla müəllim, şagird və texniki işçilərin iştirakı ilə iməcilik keçirildi.

Faşizm üzərində qələbənin 70 illiyi və müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar  bu gün məktəbimizdə məktəb rəhbərliyli başda olmaqla müəllim, şagird və texniki işçilərin iştirakı ilə iməcilik keçirildi.
Məktəbin daxilində və həyətində abadlıq, yaşıllıq, təmizlik işləri görüldü.

8.05.2015

7ç sinfi İKT-nin hәyatımızda rolu (debat dәrs) Vəfa Əhmədova



Məktəbin riyaziyyat - informatika müəllimi Vəfa Əhmədova 08.05.2015 tarixdə 7ç sinfində İnformasiya-Kommunikasiya Texnologiyalarının hәyatımızdakı rolu mövzusunda debat-dərs təşkil etmişdir. Dәrsdә şagirdlәr kompüter texnologiyasının tәtbiqinin mәnfi vә müsbәt cәhәtlәrini müzakirә etmişlәr.




Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş intellektual yarışma

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının  92-ci ildönümünə həsr olunmuş UĞUR SORAĞINDA intellektual klubunun növbəti  yarışı keçirildi. 10a, 10c, 11a və 11c sinifləri arasında baş tutan, Azərbaycan, Heydər Əliyev  və Tariximiz üzrə keçirilən yarışda 10c sinfi uğur əldə edib 1-ci yerin sahibi oldu. Bir xal fərqi ilə 2-ci yeri 11c, 3-cü yeri 10a, 4-cü yeri isə  11a sinfinin şagirdləri əldə etdi. Qalib siniflərə diplom və hədiyyələr təqdim olundu. Bütün şagirdlərimizi təbrik edib, gələcək yarışlarda uğurlar diləyirik!


Sədr:        Ləman Hacıyeva,
Müavin :   Nəriman Məmmədzadə,
Katib:        Ayişəgül Ələkbərova,
Üzvlər:      Pərvin Pirmuradova, Cəmilə Məmmədova, Firuzə Süleymanova, Cavid Muradov.

5.05.2015

Uğurlarımız davam edir


 Bu gün “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunmuş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Aprel ayında məktəbimizin 10a sinif şagirdi Şükürlü Ləmanın Ümummilli Lider Heydər Əliyevin 92 illik yubileyi ilə əlaqədar yazdığı "Heydər Əliyev Azərbaycanın xilaskarıdır" adlı inşanın Bakı şəhər məktəbləri üzrə I yeri tutmasını nəzərinizə çatdırmışdıq. İndi isə inşa yazı Respublika üzrə I yerə layiq görülmüşdür. Respublika mərhələsinin iştirakçıları arasından 16 nəfər I, 19 nəfər II, 22 nəfər III yerə layiq görülüb. IV (həvəsləndirici) yer tutan 35 nəfər diplomla təltif olunub. I-IV yerlərə layiq görülmüş 92 nəfərin inşa yazısı “Heydər Əliyev məktəblilərin gözü ilə” kitabında dərc edilib.
Müsabiqə qaliblərinə diplomlar, mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, ölkəmizin bütün coğrafiyasını əhatə edən müsabiqənin rayon (şəhər) mərhələsində 15 mindən artıq şagird iştirak edib.

 
Bu münasibətlə bütün məktəb kollektivini təbrik edirik!

4.05.2015

Təhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmr imzalayıb.


Əmrə əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları” təsdiq edilib.
 
 
 


Məktəbimiz Xəzər rayon "Gül Bayramı"nda iştirak etmişdir

Xəzər  rayonunda  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Gül bayramı” keçirilmişdir.
   Heydər Əliyev adına İstirahət parkında keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, 149 saylı orta məktəbin direktoru Rəhilə Baxşıyeva  məktəbin müəllim və şagird kollektivi ilə birlikdə  təntənəli bayram tədbirində iştirak etmişdirlər.
        Tədbir iştirakçıları ilk öncə  Xəzər rayon İcra Hakimiyyətinin qarşısında yerləşən Ulu öndərin abidəsi önünə əkil və gül dəstələri qoyaraq Ümummilli Liderimizin əziz xatirəsini yad etdilər.  Bayram tədbirində rayonun bir çox  orta ümumtəhsil məktəblərii, rayon müəssisələri və digər idarə, təşkilatlar təbii  güllərdən və çiçəklərdən hazırladıqları müxtəlif kompozisiyaları təqdim etmişlər. Həmçinin, tədbir zamanı bir qrup istedadlı əlillərin hazırladıqları əl işləri də iştirakçıların böyük marağına səbəb olmuşdur.  Məktəblilərin, şagirdlərin böyük həvəslə hazırladıqları əl işləri öz rəngarəngliyi ilə seçilirdi. Milli geyimdə, al-əlvan paltarlı körpələr bu sərgidə bayram əhval-ruhiyyəsi ilə iştirak edirdilər.
       Daha sonra rayonda fəaliyyət göstərən müsiqi məktəblərinin və tanınmış incəsənət xadimlərinin iştirakı ilə təşkil olunmuş konsert proqramı olmuşdur.
       Bayram münasibəti ilə rayondakı aztəminatlı və şəhid ailələrinə, məcburi köçkünlərə bayram süfrəsi açılmışdır.



2.05.2015

"ELM DÜNYAM" 1 və 2 ci sinflərin Final yarışı

Bu gün məktəbimizin "ELM DÜNYAM" bilik yarışının 1-ci və 2-ci sinflərin Final mərhələsi keçirildi.1 -ci sinflərdə 1-ci yerə 1d sinifi, 2-ci yeər 1e 3 yerə isə 1a sinifi laiq görüldü. 2-ci sinflər arasındakı final yarışda 1-ci yer 2b, 2-ci yer 2c və 3 yerin qalibi 2l sinifi oldu. Şagirdlərimizi təbrik edib gələçək yarışlarda uğurlar diləyirik.


Rəhbərlər - Gülgəz müəllim, Afiqə müəllim, üzvlər - Naibə müəllim, Zülfiyyə müəllim, Leyla müəllim, Aytəkin müəllim.