30.12.2014

Məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini 
Əkbərov Eldəniz Ağadədə oğlunun atası 
Əkbərov Ağadədənin vəfatı ilə əlaqədar 
məktəb kollektivi adından dərin hüzn hissi ilə 
başsağlığı veririk.

ALLAH RƏHMƏT ETSİN!
YENİ İLİNİZ MÜBARƏK!

Məktəb rəhbərliyi məktəb kollektivini və şagirdləri yeni il münasibətilə təbrik edir, 2015-ci ildə müəllimlərə yeni-yeni uğurlar, şagirdlərə dərslərində müvəffəqiyyətlər arzulayır. 
Bayramınız mübarək!




31 dekabr -  Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Dünya Azərbaycanlılarının Həmrəylik Günü — 31 dekabr Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. 
1989-cu ilin dekabr ayında Azərbaycan millətinin, Arazın hər iki sahilində sərhəd yürüyüşü, dəmir tikanlı məftilləri qırması, özünü suya vurub öz doğma qardaş bacısına qovuşmaları iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.
149 №-li tam orta məktəbin rəhbərliyi adından dünya azərbaycanlılarını Həmrəylik günü münasibətilə təbrik edirik. Bayramınız mübarək!

26.12.2014

Elan

Müəllimlərin nəzərinə!

5 yanvar 2015-ci il saat 11:00-da pedaqoji şura iclası keçiriləcək.

Bütün müəllimlərin iştirakı vacibdir.


Müdiriyyət  

25.12.2014

Gələn il Azərbaycanda bayram günlərinin tarixləri açıqlanıb

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.
Məlumata görə, martın 8-i (Beynəlxalq qadınlar günü) bazar gününə təsadüf etdiyi üçün, martın 9-da qeyri-iş günüdür.
Bundan başqa, Novruz bayramında isə tam olaraq 7 gün (martın 20-dən martın 26-dək) istirahət edəcəyik.
9 may “Qələbə günü” şənbə gününə təsadüf etdiyi üçün mayın 11-i, bazar ertəsi də qeyri-iş günüdür.
Ramazan bayramı 17-18 iyul tarixlərinə (cümə və şənbə günləri) təsadüf etdiyi üçün, 20 iyul (bazar ertəsi) də qeyri-iş günüdür.
Ümumilikdə, 2015-ci ildə 242 iş günü var.

Elan

30 dekabr 2014-cü il tarixdən 
05 yanvar 2015-ci il tarixədək qış tətilidir. (Cəmi: 7 gün) 30 dekabr və 5 yanvar  isə pedaqoji işçilər üçün iş günü olacaq. Dərslər 6 yanvarda başlanır.

22.12.2014

Məktəbimizin İntellektual Klub-u öz fəaliyyətinə başladı

Bu gün məktəbimizin həyatında əlamətdar bir gün kimi yadda qaldı. Məktəbimizdə fəal müəllimlərin təşkil etdiyi "İntellektual Klub" öz fəaliyyətinə başladı. İlk yarışmanı 5-ci siniflər arasında keçirdik və hər şey uğurlu oldu. 5-cilərin fəallığı və intellektual səviyyələrinin yüksək olması bizi çox sevindirdi. İnanırıq ki, Klubumuz şagirdlərin bilik səviyyələrinin yüksəldilməsində mühüm rol oynayacaq.




Sədr:         Ləman Hacıyeva,
Müavin :   Nəriman Məmmədzadə,
Katib:        Ayişəgül Ələkbərova
Üzvlər:      Pərvin Pirmuradova, Cəmilə Məmmədova, Firuzə Süleymanova, Cavid Muradov.




18.12.2014

Xəzər rayon məktəbləri arasında keçirilən XXVII spartakiada

Xəzər rayon məktəbliləri arasında keçirilən XXVII spartakiadanın Voleybol (qızlar) növü üzrə növbəti yarış baş tutmuşdur. 

Yarışda Xəzər rayon E.Şəmiyev adına 149 №-li tam orta məktəbin komandası 1-ci yerin qalibi oldu.
Məktəbin komandası.
Müəllim:     Hümbətov Muğani
Şagirdlər:   Əliyeva Aygün
                  Kərimova Albina
                  Yarəliyeva kamilə
                  Əliyeva İlahə 
                  İmanlı Sona
                                                                                              İmanova Nigar
                                                                                              Sultanova Fidan
                                                                                              Məmmədova Aysel
                                                                                              Bəhmənova Aytac
                                                                                              Məmmədli Təhminə
                                                                                              Məhərrəmova Aynur
                                                                                              Rüstəmova Seyidxanım
                                                                                            



13.12.2014

BİLİK FONDU MÜSABİQƏ ELAN EDİR!

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu noyabrın 15-dən fevralın 1-dək vətənpərvərlik mövzusunda müsabiqə elan edir!
Müsabiqə üç yaş qrupunda, aşağıdakı nominasiyalar üzrə keçiriləcək:
1. şeir, esse və ya hekayə;
2. rəsm və ya əl işləri;
3. foto;
Müsabiqəyə qatılan iştirakçılar 10-17, 18-25, 26-35 yaş qrupları üzrə bölünəcəklər.
Hər yaş qrupunun qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
• Seçilmiş şeir, hekayə və esselərdən ibarət toplu nəşr olunacaq.
• Rəsm, foto və əl işlərindən ibarət sərgi keçiriləcək.
Qaliblər 2015-ci il fevralın 15-də təltif olunacaqlar!

9.12.2014

HEYDER ƏLİYEV-in anım gününə həsr olunmuş şeir müsabiqəsi keçirildi


Ümümmilli lider HEYDER ƏLİYEV-in anım günü ilə əlaqədər "Əbədiyyət dastanı" adlı şeir müsabiqəsinə yekun vuruldu. 

Müsabiqədə məktəbin şagirdləri Ağalarova Mirsəidə və Əliyev Aytac məktəbimizi təmsil edirdi. Hər iki şagirdimiz gözəl səsləri ilə şerlərini ifa etdilər. Nəticədə  Ağalarova Mirsəidə II yerə layiq görüldü.

Hər iki şagirdimizi təbrik edirik, uğurlarının davamını və daha  yüksək nəticələr göstərməyi arzulayırıq!

3.12.2014

Xəzər rayon məktəbləri arasında keçirilən XXVII spartakiada


Xəzər rayon məktəbliləri arasında keçirilən XXVII spartakiadanın stolüstü-tenis növü üzrə növbəti yarış baş tutmuşdur. 

Yarışda Xəzər rayon E.Şəmiyev adına 149 №-li tam orta məktəbin komandası III yeri tutmuşdur.
Məktəbin komandası.
Müəllim:    Abbasov Abbas
Şagirdlər:  Kərimov İbrahim 
                 Seyidov Zaur
                 Larkin Vladimir
                 Quluzadə Leyla