28.04.2016

Məktəbimizin komandası "Ekolab" layihə olimpiadasının Xəzər rayon mərhələsində Kimya tədqiqat sahəsi üzrə I yerə laiq görülmüşdür.




25.04.2016

Məktəbimizin şagirdləri AZTV nin 105 FM radosununu Bəhər "TOK-ŞOU"nun qonaqları oldular

Bu gün məktəbimizin şagirdləri AZTV nin 105 FM radosununu Bəhər "TOK-ŞOU"nun qonaqları oldular. TOK-ŞOU-nun mövzusu "Pis vərdişlərə yox deyək". Şagirdlərimizin bu mövzu haqqında fikirlərini və öz həm yaşıdlarına məsləhətlərini bilmək istəyirsinizsə bazar günü saat 16:00 da AZTV nin 105 FM radosununu, Bəhər "TOK-ŞOU"nu dinləməyi unutmayın.

21.04.2016

Bakı Şəhər birinciliyi III yer

Bakı şəhər məktəbləri arasında keçirilən XXVIII spartakiadanın Voleybol (oğlanlar) növü üzrə yarışda məktəbimizin komandası III yerin sahibi olmuşdur. Məktəb rəhbərliyi adında komandamızı təbrik edib uğurlarının davamlı olmasını arzulayırıq.

7.04.2016

Bu gün məktəbimizdə Şəhidlərin ruhuna həsr olunmuş aksiya keçirildi.

Bu gün məktəbimizdə Şəhidlərin ruhuna həsr olunmuş aksiya keçirildi. Aksiya zamanı məktəb kollektivi xalqımızın vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi.Aksiyamızda müəllim və şagirdlərin vətən haqqında olan şeirləri, mahnıları və qələbəyə səslənən şuarları bizim qələbəyə israrlı olduğumuzu bir daha sübut etdi.





3.04.2016

Rəhbərlik ilə görüş.

 

Rəhbərliyin 9-cu siniflərarası zəif nəticələr əldə etmiş şagirlərdən təşkil olunmuş qrupun valideynləri ilə keçirilmiş iclası. İclas zamanı qarşıya qoyulmuş məqsədlər və gözlənilən nəticələr barədə valideyinlərə məlumat verilmiş, şagirdlərin yüksək nailiyyət əldə etmələri üçün "Müəllim valideyn əməkdaşlığı"nın zəruriliyindən söhbət açılmışdır. Sonda valideynlər qrupa daxil olan şagirdlərin fənn müəllimlərinə və rəhbərliyə öz minnətdarlıqlarını bildirerek birge əməkdaşlığa və şagirdlər üzərində nəzarətin gücləndiriləməsinə xüsusi diqqət yetirəcəklərinə söz vermişdilər.