31.12.2015

Məktəbimizin direktoru Rəhilə xanım Baxşıyeva Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni ilin qədəmi münasibəti ilə kollektivi təbrik etdi.


"DÜNYA AZƏRBAYCANLILARIN HƏMRƏYLİK GÜNÜ"nə həsr olunmuş tədbir.

Bu gün ayrı-ayrı siniflərin həmrəylik göstərərək "DÜNYA AZƏRBAYCANLILARIN HƏMRƏYLİK GÜNÜ"nə həsr etdikləri tədbir rəhbərliyin iştirakı, kollektivin səyi nəticəsində yüksək səviyyədə təşkil olunmuş və ərsəyə gətirilərək bir daha sübut etmişdir ki, "BİZ HƏMRƏYİK".
Tədbiri məktəbin 
1 ə. 1q. 2 a. 2 ə. 3 b. 3c. 3ç. 3n. 3 p. 4 i. 4ç. 4 b. sinfləri bir araya gətirən 3n sinif rəhbəri Afiqə Hacıyeva ərsəyə gətirmişdir. Tədbirin hazırlanmasında əməyi olan hər kəsə dərin təşəkkürlərimizi bildiririk. BAYRAMINIZ MÜBARƏK!















22.12.2015

Elçin Şəmiyev adına 149 № li tam orta məktəb ilin məktəbi seçildi.

2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq

 

QƏRARA ALIRAM:

 

1. 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən ümumi təhsil müəssisələri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsın:

 

Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəb

Ağdam rayonu Quzanlı qəsəbə tam orta məktəbi

Bakı Avropa Liseyi

Bakı şəhəri 3 nömrəli tam orta məktəb

Bakı şəhəri 54 nömrəli tam orta məktəb

Bakı şəhəri 62 nömrəli məktəb-lisey

Bakı şəhəri 129 nömrəli tam orta məktəb

Bakı şəhəri 138 nömrəli tam orta məktəb

Bakı şəhəri 149 nömrəli tam orta məktəb

Bakı şəhəri 167 nömrəli tam orta məktəb

Bakı şəhəri 204 nömrəli tam orta məktəb

Bakı şəhəri 214 nömrəli tam orta məktəb

Bakı şəhəri 240 nömrəli tam orta məktəb

Bakı şəhəri 245 nömrəli tam orta məktəb

Bakı şəhəri 257 nömrəli tam orta məktəb

Bakı şəhəri 258 nömrəli tam orta məktəb

Bakı şəhəri 267 nömrəli məktəb-lisey

Bakı şəhəri 274 nömrəli tam orta məktəb

Beyləqan şəhəri 1 nömrəli tam orta məktəb

Culfa şəhəri 2 nömrəli tam orta məktəb

Gəncə şəhəri 16 nömrəli tam orta məktəb

Gəncə şəhəri 39 nömrəli tam orta məktəb

İsmayıllı şəhəri 5 nömrəli tam orta məktəb

İsmayıllı rayonu Təzəkənd kənd tam orta məktəbi

Qax şəhəri 5 nömrəli tam orta məktəb

Quba şəhəri 2 nömrəli məktəb-lisey

Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbi

Qəbələ şəhəri 2 nömrəli tam orta məktəb

Qusar şəhəri 1 nömrəli tam orta məktəb

Lənkəran şəhəri 6 nömrəli məktəb-lisey

Lənkəran şəhəri 10 nömrəli tam orta məktəb

Masallı rayonu “Dəfinə” məktəb-liseyi

Mingəçevir şəhəri Texniki-humanitar lisey

Mingəçevir şəhəri 7 nömrəli tam orta məktəb

Mingəçevir şəhəri 10 nömrəli tam orta məktəb

Naxçıvan şəhəri 14 nömrəli tam orta məktəb

Ordubad rayonu Aşağı Əylis kənd tam orta məktəbi

Oğuz şəhəri 2 nömrəli tam orta məktəb

Siyəzən şəhəri 6 nömrəli məktəb-lisey

Sumqayıt şəhəri 18 nömrəli tam orta məktəb

Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəb

Sumqayıt şəhəri 25 nömrəli tam orta məktəb

Şəki şəhəri 11 nömrəli tam orta məktəb

Şəki rayonu Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəb

Şirvan şəhəri 9 nömrəli tam orta məktəb

Şirvan şəhəri 18 nömrəli tam orta məktəb

Tərtər şəhəri 1 nömrəli tam orta məktəb

Ucar şəhəri 4 nömrəli tam orta məktəb

Zaqatala şəhəri 2 nömrəli tam orta məktəb

Zaqatala şəhəri 3 nömrəli tam orta məktəb.

 

2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş pul mükafatları “Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun ödənilsin.

 

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2015-ci il.

http://edu.gov.az/az/page/451/11768

12.12.2015

Pedaqoji şura iclası

Bu gün Binə mədəniyyət mərkəzində məktəb pedaqoji şura iclası keçirildi. İclasda məktəbin gündəlik məsələləri müzakirə olundu.  Şagird valideyn müəllim problemləri həll edildi. Məktəb  kollektivinin geyimi ilə bağlı təlimatlar oxundu.
 Məktəbin direktoru Rəhilə xanım məktəbimizdə çalışmış Direktor müavinləri təqaudə çıxmış Emma müəlliməyə və   digər  məkrəbə direktor vəzifəsinə  təyin olunmuş Vəllədin Nurəddinov Fəxri diplomla  təltif etdi. Hər iki müəllim məktəbin Fəxri üzvü adına laiq görüldü.
 60 yaşı tamam olmuş Zahidov İmanxan, Şərifova Rəqibə və Hüseynov Təranə müəllimləri təbrik edib, Onlara məktəb və rayon həmkarlar komütəsi tərəfindən Fəxri fərman, hədiyələr və gül dəstələri verildi. İdman sahəsində göstərdiyi fəalığa görə Fiziki tərbiyə müəllimi Raisə müəlliməyə Fəxri fərman verildi. 
Ulu öndər  Heydər Əliyevin anım günü  şagirdlərimizin çıxışıarı ilə 1 dəqiqəlik sukutla yad olundu.
Direktor müavinlərindən  Fuad Mirzəyev 9,10 və 11-ci siniflərdə ,Vusalə Rəsulova 4-cü siniflərdə keçirilən manitorinqin nəticələrini, Vəfa Əlnağıyeva  Bilik yarışmasının nəticələrini açıqladı. Sonda məktəbimizin direktoru Rəhilə xanım Baxşıyevanın səmimi rəftarı , məktəb uğrunda gördüyü işlərə görə kollektivimiz tərəfindən çiçək dəstəsi və "Fəxri ad"la qiymətləndirildi..