15.09.2010

Elanlar


 Müəllim və şagirdlərin nəzərinə! 

 Yaz tətili günləri 17mart-28mart tarixləri arasıdır. 29 mart (bazar günü) 27 mart (cümə günü) tarixinin dərsləri keçiriləcəkdir.

Müəllimlərin nəzərinə!

18 mart 2015-ci il tarixində saat 11:00 da Pedaqoji şura
iclası keçiriləcəkdir.

Bütün müəllimlərin iştirakı vacibdir.


1 03 2015

Məktəbin VII-X sinif şagirdlərinin nəzərinə!



Məktəbimizdə müasir rəqs üzrə komanda yığılır. Komandaya məktəbimizin VII-X sinif şagirdləri daxil ola bilər. Rəqs etməyi öyrənmək və məktəbin komandasına daxil olmaq istəyənlər 9-cu otağa, Axundov Adilə muraciət etsinlər. Məşq şənbə günləri saat 13:00-da  34-cü otaqda keçiriləcək.

Məşqlər ödənişsizdir.

30.1.15

149 №-li tam orta məktəb inşa müsabiqəsi elan edir




Şagirdlərin nəzərinə !

Məktəbimiz 26 fevral-Xocalı faciəsi ilə əlaqədar inşa müsabiqəsi elan edir. Müsabiqədə məktəbin VII, VIII, IX, X, XI sinif şagirdləri iştirak edə bilər. İnşalar  15 fevral tarixinədək direktor müavini Vəfa Alnağıyevaya təqdim edilməlidir.


Qaliblər 3 yer üzrə mükafatlandırılacaq:
I yer – DVD player 
II yer – MP3 SD player 
III yer – USB flash drive
  
Qeyd: İnşalar 12 vərəqli dəftərdə səhifənin bir üzünə səliqəli xətlə yazılmalıdır.

İlk səhifə aşağədakı kimi yazılmalıdır:

Bakı şəhəri E.Şəmiyev adına 149 №-li tam orta

məktəbin ____ sinif şagirdi _______________

____________   inşa yazısı



Diqqət ! Diqqət ! İnternet üzərindən  hazır götürülən mətnlər qəbul edilməyəcək.


30.12.14

Məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Əkbərov Eldəniz Ağadədə oğlunun atası Əkbərov Ağadədənin vəfatı ilə əlaqədar məktəb kollektivi adından dərin hüzn hissi ilə başsağlığı veririk.
                           ALLAH RƏHMƏT ETSİN!




26.12.14

Müəllimlərin nəzərinə!

 5 yanvar 2015-ci il saat 11:00-da pedaqoji şura iclası keçiriləcək.

Bütün müəllimlərin iştirakı vacibdir.


                                                                                            Müdiriyyət  

5.07.2010

İlin ən yaxşı ümumtəhsil məktəbi

Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2010-cu il tarixli, 997 nömrəli sərəncamı ilə Bakı şəhəri 149 nömrəli tam orta məktəb 2009/2010- cu tədris ilində keçirilmiş "50 ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.











1.01.2010

Direktor müavinləri




Nəbiyev Məmiş Aşur oğluTəlim-tərbiyə işləri üzrə direktor müavini


  • 1963-cü ildə Lerik rayonu Nisli kəndində anadan olmuşdur.
  • 1980-c ildə Lerik rayon Monidigah kənd orta məktəbini bitirmişdir.
  • 1984-cu ildə APU-nun riyaziyyat fakültəsinə qəbul olmuş,1989-cu ildə müvafiq ixtisas üzrə ali məktəbi bitirmişdir.
  • 1986-ci ildən Lerik rayonu Nisli kənd əsas mətəbində riyaziyyat müəllimi kimi fəaliyətə başlamışdır.
  • 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
  • 2005-ci ildə Xəzər rayon E.Şəmiyev adına 149 №-li tam orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışmağa başlamışdır.
  • 2006-ci ildən həmin məktəbin Yeni Azərbaycan Partiyası təşkilatının sədri, 2011- ci ildə isə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.


Cəfərova Humay Nəriman qızı - Təlim-tərbiyə işləri üzrə direktor müavini


  • 1976-cı ildə Naxçıvan MR Şahbuz rayonunda anadan olmuşdur.
  • 1993-cü ildə Şahbuz rayon kənd orta məktəbini qızıl medalla bitirmişdir.
  • 1994-cü ildə NDU-nun biologiya fakültəsinə daxil olmuşdur. Oxuduğu müddətdə universitetin gənclər təşkillatının sədri vəzifəsini icra etmişdir.
  • 2000-ci Bakı şəhər Sabunçu rayonu 68 №-li tam orta məktəbdə müəllimlik fəaliyyətinə başlamışdır.
  • 2012-ci ildə Xəzər rayon 230 №-li tam orta məktəbə  təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.
  • 2014-cü ildə isə  təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini Xəzər rayon 149 №-li tam orta məktəbdə davam etdirir.




  • Rəsulova Vüsalə Elman qızı - Təlim-tərbiyə işləri üzrə direktor müavini 
  • 1979-cu ildə Bakıda anadan olmuşdur.
  • 1996-cı ildə Buzovna qəsəbəsində 125 №-li məktəbi bitirmişdir.
  • 1996-2000-ci illərdə Bakı Ali Pedaqoji Qızlar Seminariyasında təhsil almışdır.
  • 2001-ci ildən Xəzər rayon Binə qəsəbəsi E.Şəmiyev adına 149 №-li   məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamışdır.
  • 2012 -ci ildə 149 №-li məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.





Əlnağıyeva Vəfa Vaqif qızı - Tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) 


  • 1986-cı ildə Bakı şəhərində anadan  olmuşdur.
  • 2002-ci ildə Bakı şəhər 87 №-li tam orta məktəbi bitirmişdir. Həmin ildə BDU-nun mexanika-riyaziyyat fakültəsinə qəbul olmuşdur. 
  • 2006-cı ildə BDU-nu bitirmiş, Xəzər rayon 149 №-li tam orta məktəbə riyaziyyat müəllimi vəzivəsinə  təyin olunmuşdur.
  • 2010-cu ildən tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı)  vəzifəsinə  təyin olunmuşdur.
                                                              



                                                              

Direktor

Baxşıyeva Rəhilə Nadir qızı  -  direktor.


  • 1963-cü ildə Qərbi Azərbaycanda anadan olmuşdur. 
  • 1980-cı ildə Bakı şəhər Əzizbəyov rayon Binə qəsəbəsi 117 №-li tam orta məktəbin 10-cu sinfini bitirmişdir.
  •  Həmin il APXDİ-nin İngilis dili fakultəsinə daxil olmuşdur.
  • 1985-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, İngilis-Fransız  dili ixtisasına yiyələnmişdir. Təyinat ilə Ağsu rayon Hacıuşağı kəndində müəllim işləmişdir.
  • 1990-cı ildən Əzizbəyov rayonu 149 №-li tam orta məktəbdə İngilis dili müəllimi vəzifəsinə qəbul edilmişdir.
  • 1995-ci ildən həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə keçmişdir.
  • 1995-ci ilin noyabr ayından həmin məktəbin direktor vəzifəsinə təyin olunmuşdur.

Albom