14.06.2016

“Son zəng” vuruldu

Bu gün  məktəbimizdə  11-ci sinfi bitirən şagirdlər üçün “Son zəng” vuruldu. 2015-2016-cı tədris ilini başa vuran Məzunlar bir birindən maraqlı çıxışları ilə müəllim və valideynlərini sevindirdilər. Tədbirdə Xəzər rayon İcra Hakimiyətinin və Binə bələdiyyəsinin nümayəndələri çıxış etdi. Onlarda öz sözləri ilə məzunlarımızı təbrik etdilər.  Məktəbimizin direktoru Rəhilə xanım Baxşiyeva məzunları təbrik edərək, onlara gələcək həyatlarında müvəffəqiyyətlər dilədi.
Tədbirdə  əməyi keçən və zəhməti olan hər kəsə təşəkkürlərimizi bildiririk.