26.11.2014
Xəzər rayon "Xəmsə" intellektual oyununun qalibi bəlli oldu
Xəzər rayon məktəbləri arasında keçirilmiş "Xəmsə" milli intellektual oyununda Elçin Şəmiyev adına 149 №-li tam orta məktəbin komandası I yeri tutmuşdur.
25.11.2014
Məktəb dərsliklərinin elektron formada istifadəsi
Hörmətli müəllimlər və şagirdlər, Təhsil Nazirliyinin e-derslik.edu.az saytında qeydiyyatdan keçərək, istədiyiniz dərsliyi elektron formada yükləyə bilərsiniz. Hal-hazırda saytda yalnız VI və VII sinif dərslikləri yerləşdirilib.
Elektron dərsliklərdən oflayn rejimdə isitifadə etmək üçün aşağıdakı keçiddən istifadə edərək proqramı kompüterinizə yükləyə bilərsiniz:http://azardi.infogridpacific.com/azardi-download.html
Elektron dərsliklərin üstünlükləri:
- Müxtəlif istifadə formaları - onlayn və ya oflayn rejimdə
- Kompüter, planşet, mobil telefon vasitəsilə dərsliklərin istifadə imkanlarının mövcudluğu
- Əyani vəsaitlərin mövcudluğu - qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri
- Böyük həcmli məlumatların saxlanması
- Mətnlər üzərində qeydlərin aparılmasının mümkünlüyü
- Rahat istifadə - axtarış sisteminin mövcudluğu
- Mobillik - hər yerdə və hər zaman istifadənin mümkünlüyü
24.11.2014
ANA DİLİMİZİ QORUYAQ !
İnsan ömrü boyu çeşidli dillər öyrənir və danışır. Bəzən yabançı ölkələrdə yaşadığı üçün ana dilində deyil, həmin məmləkətin dilində danışmalı olur. Ancaq, hansı dildə danışır danışsın, insan çətinə düşəndə, köməyə çağıranda, dərd-qəmindən söhbət açanda, öz-özünə danışanda və son nəfəsində həmişə ana dilindən istifadə edir.İllərlə danışılmasa belə, ana dili heç vaxt unudulmur.
Azərbaycan Türkcəsi yüzillərin sınağından çıxmışdır. İşğallar sonucunda Azərbaycan Türkcəsinin adı dəyişdirilmiş, beləliklə uzun müddət “Türk dili”, “Türki”, “Tatar dili”, “Qafqaz Tatarlarının dili” adlandırılmışdır. Əlifbamız isə dəfələrlə dəyişdirilmişdir. Millətimiz uzun illər boyu öz dilində rahatlıqla danışa bilməmiş, bəzən də dilimiz dövlət səviyyəsində istifadə edilməmişdir. Təəssüflə qeyd etməliyik ki, bütün bunlar dilimizdə zərərli izlər və dərin yaralar buraxmışdır. 15.11.2014
Məktəbdaxili Bilik yarışı keçirildi
15 noyabr 2014-cü il tarixdə Bakı şəhər 149 №-li tam orta məktəbdə Bilik yarışı keçirilmişdir. Bu yarışda məktəbin 322 şagirdi iştirak etmişdir. Onlardan 46-sı yüksək nəticə toplayıb. Ən yüksək nəticə toplayan 14 şagird isə rayon turuna vəsiqə qazanmışdır.
Rayon turuna vəsiqə qazananlar
Rayon turuna vəsiqə qazananlar
11.11.2014
Məktəblilərin otüstü hokkey festivalı başa çatıb
Azərbaycan Otüstü Hokkey Federasiyası, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, eləcə də Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən birgə keçirilən otüstü hokkey üzrə Bakı şəhər açıq festivalı noyabrın 9 – da başa çatıb. Azərbaycanda otüstü hokkeyin yaranmasının 45-ci ildönümünə həsr olunan festival 2000-2002-ci il təvəllüdlü oğlan və qızlar arasında baş tutub. Festivalın finalında 8 komanda mübarizə aparıb. Yekun nəticələrə görə, qızlar arasında I yeri 117 (Xəzər), II yeri 149 (Xəzər), III yeri 233 (Qaradağ) saylı məktəblərin komandaları, oğlanlar arasında I yeri 2 № -li Uşaq Evi, II yeri 22 (Sumqayıt), III yeri 117 (Xəzər) saylı məktəblərin komandaları tutub.
http://bakuedu.gov.az/az/news/277
9.11.2014
9 Noyabr - Bayraq günü
Bakı şəhəri Xəzər rayonu E.Şəmiyev adına 149 №-li tam orta məktəbdə 9 Noyabr - Bayraq günü qeyd edildi.
Kaydol:
Kayıtlar (Atom)