25.11.2014

Məktəb dərsliklərinin elektron formada istifadəsi


Hörmətli müəllimlər və şagirdlər, Təhsil Nazirliyinin e-derslik.edu.az saytında qeydiyyatdan keçərək, istədiyiniz dərsliyi elektron formada yükləyə bilərsiniz. Hal-hazırda saytda yalnız VI və VII sinif dərslikləri yerləşdirilib. 
Elektron dərsliklərdən oflayn rejimdə isitifadə etmək üçün aşağıdakı keçiddən istifadə edərək proqramı kompüterinizə yükləyə bilərsiniz:

http://azardi.infogridpacific.com/azardi-download.html

Elektron dərsliklərin üstünlükləri:

- Müxtəlif istifadə formaları - onlayn və ya oflayn rejimdə
- Kompüter, planşet, mobil telefon vasitəsilə dərsliklərin istifadə imkanlarının mövcudluğu
- Əyani vəsaitlərin mövcudluğu - qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri
- Böyük həcmli məlumatların saxlanması
- Mətnlər üzərində qeydlərin aparılmasının mümkünlüyü
- Rahat istifadə - axtarış sisteminin mövcudluğu
- Mobillik - hər yerdə və hər zaman istifadənin mümkünlüyü


Hiç yorum yok:

Yorum Gönder