30.11.2015

"Olimpiya Hərəkatı " proqramı çərçivəsində Xəzər rayonu üzrə birincilikdə "bodminton" idman növü

"Olimpiya Hərəkatı " proqramı çərçivəsində Xəzər rayonu üzrə birincilikdə "bodminton" idman növündə məktəbimiz üçüncü yerə laiq görüldü
 Müəllim: Şahbazova Raisə
Şagird:     Əliyev Elmar
                    Qasımova Tovuz

26.11.2015

Həsən bəy Zərdabi «İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı layihəsi» tədbiri

Həsən bəy Zərdabi

«İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı layihəsi» 26.11  - 28.11.2015 (3 gün)
Təhsil Nazirliyinin həyata keçirdiyi “Zərdabi - ibtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafi layihəsi” çərçivəsində  məktəbimizin 4-cü sinif şagirdlərinə “Oxuyub-anlama bacarıqlarının inkişafı" üzrə mentorluğu icra edir.Layihəyə oktyabr ayında start verilib və uzun müddətliliyi nəzərdə tutulub. Layihənin əsas məqsədi ibtidai sinif şagirdlərində söz ehtiyatının zənginləşməsi, mütaliə vərdişlərinin formalaşması, oxuyub -anlama bacarıqlarının inkişaf etdirilməsidir. Şagirdlərə layihə çərçivəsində çap olunmuş “Oxuyub-anlama bacarıqları üzrə qiymətləndirmə vasitəsi” adlı kitabçalar paylanılır.


“Narkomaniya və İİV-QİÇS-bəlasına birlikdə son qoyaq”adlı maarifləndirici tədbir keçirildi

 Bu gün məktəbimizdə “Narkomaniya və İİV-QİÇS-bəlasına birlikdə son qoyaq”adlı maarifləndirici tədbirlər keçirilib.
Tədbirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Məktəbimizin direktoru Rəhilə Baxşıyeva, 26 saylı şəhər xəstəxanasının həkimi və nümayəndələri iştirak etmişdir.

  Məqsəd "Dünya" Ana və Uşaqlar İctimai Birliyinin təşəbbüsü ilə "Narkomaniya və İİV-QİÇS virusu xəstəliyinə yoluxmuş yeniyetmə və gənclərin maarifləndirilməsi və tibbi reabilitasiyası” adlı layihə çərçivəsində maarifləndirici tədbirlərin  keçirilməsidir. 
        Tədbirin məqsədi  “Sağlam Həyat Tərzi” adlı ictimai və kütləvi kompaniya apararaq siqaret, narkomaniya,  İİV-QİÇS və digər  yoluxucu xəstəliklərə qarşı  mübarizə sahəsində məktəblilərin məlumatlılıq səviyyəsini artırmaq,  yeniyetmə və gənclərin sağlam həyat tərzini formalaşdırmaqdır.  
       Belə ki, “Narkomaniya və İİV-QİÇS-bəlasına birlikdə son qoyaq” mövzusunda  təşkil olunan tədbirdə müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaran narkomaniyanın insan  sağlamlığına, mənəviyyatına, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurduğu, “ağ ölüm”ün keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olduğu vurğulanıb, bu xəstəlikərin yoluxma  yolları və təhlükəsizlik  qaydaları məktəblilərə izah edilib və şagirdlərin  sualları cavablandırılıb.
       Tədbirdə çıxış edənlər narkomaniyanın cəmiyyətimizə gətirdiyi bəlalardan bəhs edərək yeniyetmə və gənclərin bu kimi pis vərdişlərdən yayınmasını  və ətrafda olan dostlarının da qorunmasını tövsiyə ediblər.         Şagirdlərə xəstəliyin infeksiyasının diaqnostikası və virusun törətdiyi  acı fəsadlar haqqında  maarifləndirmə bukleti və foto plakatlar paylanıb.



17.11.2015

17 Noyabr Milli Dirçəliş günü

Milli Dirçəliş günü — 17 noyabr 1992-ci ildə elan olunmuşdur. 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında(keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr - 5 dekabr, 1988-ci il) başladı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

13.11.2015

12.11.2015

3n 3p 3 l sinfi. Həyat bilgisi dərsi. Mövzu: "Ağac əkməyə gedirik".





Bu gün 9-cu sinflərdə məktəbdaxili monitorinq keçirildi.

◇ 12 NOYABR ◇ AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA GÜNÜ

◇ 12 NOYABR ◇
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA GÜNÜKonstitusiya.jpg
Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Respublikasının əsas qanununun - Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gün. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.

9.11.2015

9 Noyabr "Dövlət Bayrağı" günüdür

Şagirdlərimizə bayrağımızı ölkə daxilində və xaricdə daima ucaltmalarını diləyirik!

Bayrağımızın tarixi haqqında qısa məlumat:  Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. 28 aprel 1920-ci ildə Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. Bu bayraq ikinci dəfə 17 noyabr1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
5 fevral 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

7.11.2015

Məktəbimizin müəllimi Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olundu


Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun 5 oktyabr 2015 – ci il tarixli əmri ilə təhsilin inkişafı sahəsində xidmətlərinə, gənc nəslin təlim – tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı, idarənin tabeçiliyində olan məktəblərin və məktəbdənkənar müəssisələrin təhsil işçiləri təltif edilmişdir. Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsində idarənin rəhbərliyi ilə təltif edilən təhsil işçiləri arasında görüş keçirilib.
          Görüşdə çıxış edən nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov təhsil sahəsində aparılan islahatlardan, Azərbaycan prezidenti cənab İlham Əliyevin son illər ərzində təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb. 
  Sonda təhsil işçiləri “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif ediliblər.

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunan müəllimlər arasında məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Əbülfət Bağırovda yer alır. Müəllimlərimizə daha böyük uğurlar arzulayırıq.

9 Noyabr bayraq gününə həsr olunmuş tədbir.


Bu gün məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülarə Muxtarova Bayraq gününə həsr olunmuş tədbir keçirdi. Tədbirdə məktəbimizin 9b sinif şagirdləri yaradıcılıqlarını nümayişi etdirdi.

6.11.2015

"Azərbaycanı tanıyıram" Uğur Sorağında İntellektual yarışma


Bu gün məktəbimizdə 9 noyabr bayraq günü və 12 noyabr konistitusiya gününə həsir olunmuş "Azərbaycanı tanıyıram" adlı  Uğur Sorağında İntellektual yarışması keçirildi. Şagirdlərimizin Azərbaycan haqqında bilik səviyəsinin yüksək olması bizləri və rəhbərliyi çox sevindirdi.11c sinif şagirdi Cəfərli Səid rəqiblərindən ondə gedərək 1-ci yerə laiq görüdü. 9b 10ç və 11b siniflərinin xalları bərabər olduqları üçün əlavə sualların hamısın cavab verən bu şagirdlərimiz 2-ci yeri əldən vermədilər.
Hər 3 sinifin şagirdlərinə 9b Allahverdizadə Yaqut 10ç Həmidov Amin və 11b Babayev Şahverən 2-ci yerə laiq görüldü. Bütün şagirdlərimizə uğurlar arzulayırıq.
Klubun sədri: Ləman Hacıyeva
Sədr müavini: Nəriman Məmmədzadə
Üzvlər: Məmmədova Cəmilə
              Pirmuradova Pərvin
              Süleymanova Firuzə 
       

Nümünəvi dərs


Məktəbimizin 2k sinif müəllimi Allahyarova Dürdanə müəllimənin açıq nümünəvi dərsi.

4.11.2015

"Həyatda kimdən nümünə götürmək istərdiniz"

 Bu gün məktəbimizin 11- ci sinif şagirdləri Kənan Həsənəliyev, Nicat Nəcəfov, İbrahim Kərimov və Tunar Kərimli AZTV-nin 105 FM radiosun Bəhər "TOK-ŞOU"-nun qonağı oldular. Aparıcı Tölə Zeynallı şagirdlərimizə "TOK-ŞOU"-nun mövzusunu dedi: "Həyatda kimlərdən nümunə götürmək istərdiniz". Şagirdəlirimizin bu mövzu ilə bağlı fikirlərini bilmək istəyirsinizsə 15 noyabr saat 16:00-da 105FM radio dalğasını dinləməyi unutmayın.
 Redaktör: Nəriman Məmmədzadə
Müəlif: Şölə  
Rejisor: Ülviyə Əhməd qızı
Aparıcı: Tölə Zeynalı