Bu gün məktəbimizdə “Narkomaniya və İİV-QİÇS-bəlasına birlikdə son qoyaq”adlı maarifləndirici tədbirlər keçirilib.
Tədbirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Məktəbimizin direktoru Rəhilə Baxşıyeva, 26 saylı şəhər xəstəxanasının həkimi və nümayəndələri iştirak etmişdir.
Məqsəd "Dünya" Ana və Uşaqlar İctimai Birliyinin təşəbbüsü ilə "Narkomaniya və İİV-QİÇS virusu xəstəliyinə yoluxmuş yeniyetmə və gənclərin maarifləndirilməsi və tibbi reabilitasiyası” adlı layihə çərçivəsində maarifləndirici tədbirlərin keçirilməsidir.
Tədbirin məqsədi “Sağlam Həyat Tərzi” adlı ictimai və kütləvi kompaniya apararaq siqaret, narkomaniya, İİV-QİÇS və digər yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində məktəblilərin məlumatlılıq səviyyəsini artırmaq, yeniyetmə və gənclərin sağlam həyat tərzini formalaşdırmaqdır.
Belə ki, “Narkomaniya və İİV-QİÇS-bəlasına birlikdə son qoyaq” mövzusunda təşkil olunan tədbirdə müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaran narkomaniyanın insan sağlamlığına, mənəviyyatına, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurduğu, “ağ ölüm”ün keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olduğu vurğulanıb, bu xəstəlikərin yoluxma yolları və təhlükəsizlik qaydaları məktəblilərə izah edilib və şagirdlərin sualları cavablandırılıb.
Tədbirdə çıxış edənlər narkomaniyanın cəmiyyətimizə gətirdiyi bəlalardan bəhs edərək yeniyetmə və gənclərin bu kimi pis vərdişlərdən yayınmasını və ətrafda olan dostlarının da qorunmasını tövsiyə ediblər. Şagirdlərə xəstəliyin infeksiyasının diaqnostikası və virusun törətdiyi acı fəsadlar haqqında maarifləndirmə bukleti və foto plakatlar paylanıb.
Hiç yorum yok:
Yorum Gönder