31.12.2015
"DÜNYA AZƏRBAYCANLILARIN HƏMRƏYLİK GÜNÜ"nə həsr olunmuş tədbir.
Tədbiri məktəbin 1 ə. 1q. 2 a. 2 ə. 3 b. 3c. 3ç. 3n. 3 p. 4 i. 4ç. 4 b. sinfləri bir araya gətirən 3n sinif rəhbəri Afiqə Hacıyeva ərsəyə gətirmişdir. Tədbirin hazırlanmasında əməyi olan hər kəsə dərin təşəkkürlərimizi bildiririk. BAYRAMINIZ MÜBARƏK!
28.12.2015
22.12.2015
Elçin Şəmiyev adına 149 № li tam orta məktəb ilin məktəbi seçildi.
2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq
QƏRARA ALIRAM:
1. 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən ümumi təhsil müəssisələri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsın:
Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəb
Ağdam rayonu Quzanlı qəsəbə tam orta məktəbi
Bakı Avropa Liseyi
Bakı şəhəri 3 nömrəli tam orta məktəb
Bakı şəhəri 54 nömrəli tam orta məktəb
Bakı şəhəri 62 nömrəli məktəb-lisey
Bakı şəhəri 129 nömrəli tam orta məktəb
Bakı şəhəri 138 nömrəli tam orta məktəb
Bakı şəhəri 149 nömrəli tam orta məktəb
Bakı şəhəri 167 nömrəli tam orta məktəb
Bakı şəhəri 204 nömrəli tam orta məktəb
Bakı şəhəri 214 nömrəli tam orta məktəb
Bakı şəhəri 240 nömrəli tam orta məktəb
Bakı şəhəri 245 nömrəli tam orta məktəb
Bakı şəhəri 257 nömrəli tam orta məktəb
Bakı şəhəri 258 nömrəli tam orta məktəb
Bakı şəhəri 267 nömrəli məktəb-lisey
Bakı şəhəri 274 nömrəli tam orta məktəb
Beyləqan şəhəri 1 nömrəli tam orta məktəb
Culfa şəhəri 2 nömrəli tam orta məktəb
Gəncə şəhəri 16 nömrəli tam orta məktəb
Gəncə şəhəri 39 nömrəli tam orta məktəb
İsmayıllı şəhəri 5 nömrəli tam orta məktəb
İsmayıllı rayonu Təzəkənd kənd tam orta məktəbi
Qax şəhəri 5 nömrəli tam orta məktəb
Quba şəhəri 2 nömrəli məktəb-lisey
Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbi
Qəbələ şəhəri 2 nömrəli tam orta məktəb
Qusar şəhəri 1 nömrəli tam orta məktəb
Lənkəran şəhəri 6 nömrəli məktəb-lisey
Lənkəran şəhəri 10 nömrəli tam orta məktəb
Masallı rayonu “Dəfinə” məktəb-liseyi
Mingəçevir şəhəri Texniki-humanitar lisey
Mingəçevir şəhəri 7 nömrəli tam orta məktəb
Mingəçevir şəhəri 10 nömrəli tam orta məktəb
Naxçıvan şəhəri 14 nömrəli tam orta məktəb
Ordubad rayonu Aşağı Əylis kənd tam orta məktəbi
Oğuz şəhəri 2 nömrəli tam orta məktəb
Siyəzən şəhəri 6 nömrəli məktəb-lisey
Sumqayıt şəhəri 18 nömrəli tam orta məktəb
Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəb
Sumqayıt şəhəri 25 nömrəli tam orta məktəb
Şəki şəhəri 11 nömrəli tam orta məktəb
Şəki rayonu Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəb
Şirvan şəhəri 9 nömrəli tam orta məktəb
Şirvan şəhəri 18 nömrəli tam orta məktəb
Tərtər şəhəri 1 nömrəli tam orta məktəb
Ucar şəhəri 4 nömrəli tam orta məktəb
Zaqatala şəhəri 2 nömrəli tam orta məktəb
Zaqatala şəhəri 3 nömrəli tam orta məktəb.
2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş pul mükafatları “Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun ödənilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2015-ci il.
http://edu.gov.az/az/page/451/11768
12.12.2015
Pedaqoji şura iclası
Məktəbin direktoru Rəhilə xanım məktəbimizdə çalışmış Direktor müavinləri təqaudə çıxmış Emma müəlliməyə və digər məkrəbə direktor vəzifəsinə təyin olunmuş Vəllədin Nurəddinov Fəxri diplomla təltif etdi. Hər iki müəllim məktəbin Fəxri üzvü adına laiq görüldü.
11.12.2015
10.12.2015
8.12.2015
6.12.2015
30.11.2015
26.11.2015
Həsən bəy Zərdabi «İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı layihəsi» tədbiri
«İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı layihəsi» 26.11 - 28.11.2015 (3 gün)
Təhsil Nazirliyinin həyata keçirdiyi “Zərdabi - ibtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafi layihəsi” çərçivəsində məktəbimizin 4-cü sinif şagirdlərinə “Oxuyub-anlama bacarıqlarının inkişafı" üzrə mentorluğu icra edir.Layihəyə oktyabr ayında start verilib və uzun müddətliliyi nəzərdə tutulub. Layihənin əsas məqsədi ibtidai sinif şagirdlərində söz ehtiyatının zənginləşməsi, mütaliə vərdişlərinin formalaşması, oxuyub -anlama bacarıqlarının inkişaf etdirilməsidir. Şagirdlərə layihə çərçivəsində çap olunmuş “Oxuyub-anlama bacarıqları üzrə qiymətləndirmə vasitəsi” adlı kitabçalar paylanılır.
“Narkomaniya və İİV-QİÇS-bəlasına birlikdə son qoyaq”adlı maarifləndirici tədbir keçirildi
17.11.2015
17 Noyabr Milli Dirçəliş günü
12.11.2015
◇ 12 NOYABR ◇ AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA GÜNÜ
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA GÜNÜ
9.11.2015
9 Noyabr "Dövlət Bayrağı" günüdür
Bayrağımızın tarixi haqqında qısa məlumat: Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. 28 aprel 1920-ci ildə Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. Bu bayraq ikinci dəfə 17 noyabr1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
7.11.2015
Məktəbimizin müəllimi Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olundu
6.11.2015
"Azərbaycanı tanıyıram" Uğur Sorağında İntellektual yarışma
Sədr müavini: Nəriman Məmmədzadə
Üzvlər: Məmmədova Cəmilə
Pirmuradova Pərvin
Süleymanova Firuzə