12.12.2015

Pedaqoji şura iclası

Bu gün Binə mədəniyyət mərkəzində məktəb pedaqoji şura iclası keçirildi. İclasda məktəbin gündəlik məsələləri müzakirə olundu.  Şagird valideyn müəllim problemləri həll edildi. Məktəb  kollektivinin geyimi ilə bağlı təlimatlar oxundu.
 Məktəbin direktoru Rəhilə xanım məktəbimizdə çalışmış Direktor müavinləri təqaudə çıxmış Emma müəlliməyə və   digər  məkrəbə direktor vəzifəsinə  təyin olunmuş Vəllədin Nurəddinov Fəxri diplomla  təltif etdi. Hər iki müəllim məktəbin Fəxri üzvü adına laiq görüldü.
 60 yaşı tamam olmuş Zahidov İmanxan, Şərifova Rəqibə və Hüseynov Təranə müəllimləri təbrik edib, Onlara məktəb və rayon həmkarlar komütəsi tərəfindən Fəxri fərman, hədiyələr və gül dəstələri verildi. İdman sahəsində göstərdiyi fəalığa görə Fiziki tərbiyə müəllimi Raisə müəlliməyə Fəxri fərman verildi. 
Ulu öndər  Heydər Əliyevin anım günü  şagirdlərimizin çıxışıarı ilə 1 dəqiqəlik sukutla yad olundu.
Direktor müavinlərindən  Fuad Mirzəyev 9,10 və 11-ci siniflərdə ,Vusalə Rəsulova 4-cü siniflərdə keçirilən manitorinqin nəticələrini, Vəfa Əlnağıyeva  Bilik yarışmasının nəticələrini açıqladı. Sonda məktəbimizin direktoru Rəhilə xanım Baxşıyevanın səmimi rəftarı , məktəb uğrunda gördüyü işlərə görə kollektivimiz tərəfindən çiçək dəstəsi və "Fəxri ad"la qiymətləndirildi..

Hiç yorum yok:

Yorum Gönder