HÖRMƏTLİ HƏMKARLAR !
Sizi 27 iyun 2015-ci il tarixində saat 10.00-da 230 №-li tam orta məktəbdə
MƏKTƏB İDARƏETMƏSİNDƏ SƏNƏDLƏŞMƏ mövzusunda praktik seminara dəvət edirik.
Seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi Şöbənin sektor müdiri Sevinc Əliyeva " Məktəblərdə kargüzarlıq işinin aparılması " ,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi Xəyyam Fərəcov " Kadrlarla bağlı sənədləşmələrin düzgün aparılması qaydaları ",
AMİ -nin əməkdaşı pedaqoqika üzrə fəlsəfə doktoru Sirac Rəsulov " Strateji və perespektiv planların hazırlanması yolları " ,
26.06.2015
24.06.2015
23.06.2015
Pedaqoji Şuranın növbəti iclası keçirildi.
Bu gün Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclası məktəbin direktoru Rəhilə xanım Baxşıyeva açaraq tədris ili ərzində məktəbimizin əldə etdiyi uğurlardan və qarşılaşdığı çətinliklərdən danışdı. Məktəbimizin yeni tədris ilində pilot məktəblər sırasına qoşulması münasibətilə kollektivi təbrik edən Rəhilə xanım hər bir işçinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi və hamını daha əzmli olmağa səslədi.
Daha sonra kitabxana müdiri Günel xanım çıxış edərək kitabların vəziyyətindən danışdı. Direktor müavini Eldəniz Əkbərov öz çıxışında yeni dərs ilində tətbiq olunacaq qaydalar barədə məlumat verdi.
Sonda isə müəllimlərin sualları cavablandırıldı.
12.06.2015
7.06.2015
Müəllimlərin stolüstü kitabı
Son zamanlar təhsilimizdə sürətlə yeniliklər baş verir. Təhsilin inkişafı
üçün müasir müəllim bütün yeniliklərdən xəbərdar olmalı, zamanın tələbləri ilə
ayaqlaşmalıdır. Buna görə də müxtəlif təlimlərə cəlb olunan müəllimlər vəsait
azlığına görə çətinlik çəkirlər.
Bu yaxınlarda Bakı
şəhəri Xəzər rayonu 230 №-li məktəbin direktoru Elşən Qafarovun və məktəbin təlim-tərbiyə
işləri üzrə direktor müavini Ləman Babayevanın birgə tərtib etdikləri “Həmkara
dəstək” kitabı ilə tanış oldum. Oxuduqdan sonra həqiqətən də adına uyğun
olduğunu gördüm. Müəllimlər üçün nəzərdə tutulmuş metodiki vəsait yeni təhsil
proqramının (kurikulumun) nəzəri əsaslarını, sınaq qiymətləndirilməsi ilə bağlı
750 testi və cavablarını, 106 sözdən ibarət terminlər lüğətini özündə birləşdirir.
Bu vəsaitin müəllimlər üçün stolüstü kitab olacağına əminəm.
Çünki konkret olaraq müəllimlərə lazım olan məlumatlar ümumiləşdirilmiş, yığcam
şəkildə əks olunur. Dərsin təşkilində istənilən sual yarandığı zaman vəsait müəllimlərin
köməyinə çatır. Əvvəllər müəllim ona lazım olan məlumatı tapmaq üçün çoxsəhifəlik nəzəri
materialları oxumalı və nəticə çıxarmalı olurdusa, indi istədi informasiyanı bu
kitabdan hazır şəkildə əldə edə bilər. Burada
dərsin təşkilinin üsül və metodları sadə,
anlaşıqlı şəkildə əks olunur.
Bu vəsaitdən istifadə
etməklə müəllimlərimiz təlimə getmədən kurikulum nəzəriyyəsini öyrənə, sınaq
qiymətləndirilməsinə, işə qəbul imtahanına özü müstəqil şəkildə hazırlaşa bilər.
Bir sözlə, kitab hər bir müəllimə lazım olan metodik vəsaitdir.
1.06.2015
Kaydol:
Kayıtlar (Atom)