7.06.2015

Müəllimlərin stolüstü kitabı

Son zamanlar təhsilimizdə sürətlə yeniliklər baş verir. Təhsilin inkişafı üçün müasir müəllim bütün yeniliklərdən xəbərdar olmalı, zamanın tələbləri ilə ayaqlaşmalıdır. Buna görə də müxtəlif təlimlərə cəlb olunan müəllimlər vəsait azlığına görə çətinlik çəkirlər.
Bu yaxınlarda Bakı şəhəri Xəzər rayonu 230 №-li məktəbin direktoru Elşən Qafarovun və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ləman Babayevanın birgə tərtib etdikləri “Həmkara dəstək” kitabı ilə tanış oldum. Oxuduqdan sonra həqiqətən də adına uyğun olduğunu gördüm. Müəllimlər üçün nəzərdə tutulmuş metodiki vəsait yeni təhsil proqramının (kurikulumun) nəzəri əsaslarını, sınaq qiymətləndirilməsi ilə bağlı 750 testi və cavablarını, 106 sözdən ibarət terminlər lüğətini özündə birləşdirir.
Bu vəsaitin  müəllimlər üçün stolüstü kitab olacağına əminəm. Çünki konkret olaraq müəllimlərə lazım olan məlumatlar ümumiləşdirilmiş, yığcam şəkildə əks olunur. Dərsin təşkilində istənilən sual yarandığı zaman vəsait müəllimlərin köməyinə çatır. Əvvəllər müəllim ona lazım olan  məlumatı tapmaq üçün çoxsəhifəlik nəzəri materialları oxumalı və nəticə çıxarmalı olurdusa, indi istədi informasiyanı bu kitabdan  hazır şəkildə əldə edə bilər. Burada  dərsin təşkilinin üsül və metodları sadə, anlaşıqlı şəkildə əks olunur.

Bu vəsaitdən istifadə etməklə müəllimlərimiz təlimə getmədən kurikulum nəzəriyyəsini öyrənə, sınaq qiymətləndirilməsinə, işə qəbul imtahanına özü müstəqil şəkildə hazırlaşa bilər. Bir sözlə, kitab hər bir müəllimə lazım olan metodik vəsaitdir.  

Hiç yorum yok:

Yorum Gönder