26.06.2015

Elan

HÖRMƏTLİ HƏMKARLAR ! 
Sizi 27 iyun 2015-ci il tarixində saat 10.00-da 230 №-li tam orta məktəbdə 
MƏKTƏB İDARƏETMƏSİNDƏ SƏNƏDLƏŞMƏ mövzusunda praktik seminara dəvət edirik.
Seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi Şöbənin sektor müdiri Sevinc Əliyeva " Məktəblərdə kargüzarlıq işinin aparılması " ,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi Xəyyam Fərəcov " Kadrlarla bağlı sənədləşmələrin düzgün aparılması qaydaları ",
AMİ -nin əməkdaşı pedaqoqika üzrə fəlsəfə doktoru Sirac Rəsulov " Strateji və perespektiv planların hazırlanması yolları " , 



Hüquq elmləri üzrə fəlsəfə doktoru Nəbi Əsgərov "Əmək müqavilələrinin bağlanması ,xitam verilməsinin hüquqi yolları "
230 №-li tam orta məktəbin direktoru Elşən Qafarov " Məktəb sənədləşməsində 230 № -li tam orta məktəbin iş təcrübəsi " mövzularında məruzələri və məktəb idarəedicilərinin çıxışları nəzərdə tutulur.
Seminara məktəb direktorları , direktor müavinləri , sinif rəhbərləri ,katibələr, gələcəkdə direktor və ya məktəb idarəedicisi işləmək istəyən həmkarlarımız dəvət olunur. 
Əlaqə nömrələri 050-672-59-11;   012-459-03-25
Ünvan : Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal DES yaşayış massivi Bağlar küçəsi 4 ( AZAL f/k-nun stadionunun arxası)

Hiç yorum yok:

Yorum Gönder