29.09.2015

Buraxılış siniflərində təhsil alan şagirdlərin nəzərinə!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ümumtəhsil müəssisələrinin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında keçirilən buraxılış imtahanlarında və qəbul imtahanlarında iştirak etmək, həmçinin digər sənədləşmə işlərinin aparılması şagirdlərin şəxsiyyət vəsiqələrinin olmasını zəruri edir.
Komissiyadan mekteb149-a verilən məlumata görə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi buraxılış sinif şagirdlərinin rahat şəkildə, uzaq mərkəzlərə müraciət etmədən şəxsiyyət vəsiqəsi almalarını və vaxtı keçmiş şəxsiyyət vəsiqələrinin vaxtında dəyişdirilməsini təmin etmək üçün yerlərdə Səyyar ASAN xidmətlər həyata keçirəcək.
TQDK növbəti tədris ilində buraxılış sinifində təhsil alacaq şagirdlərə tövsiyə edir ki, şəxsiyyət vəsiqəsi əldə etmək üçün yaradılmış bu imkandan yararlansınlar. Belə ki, onlar yaşadıqları məntəqədə yerləşən Səyyar ASAN xidmətə müraciət etməklə ən qısa zamanda rahat şəkildə şəxsiyyət vəsiqəsi əldə edə bilərlər.

24.09.2015

Qurban bayramınız mübarək olsun!



Hörmətli Məktəb kollektivi, şagirdlər və valideyinlər! 


Məktəb rəhbərliyi adında Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edib, hamınıza ən səmimi arzu və diləklər diləyirik. 
Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir. 

Bu günlər xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması arzusu ilə bir daha hər birinizə, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirirəm. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin. Tanrı kəsdiyiniz qurbanları qəbul etsin.

Qurban bayramınız mübarək olsun! 

22.09.2015

YENİ TƏDRİS İLİ UĞURLARLA BAŞLADI


Qubada Fransa səfirliyi tərəfindən təşkil olunmuş "Bakının ən yaxşı 50 məktəb direktoru" üçün təşkil olunmuş kursu Məktəbizin direktoru Rehile Baxshiyeva uğurla bitirmişdir. Bütün kollektiv adından Rəhilə xanımı təbrik edib uğurlarının axarıncı olmasını diləyirik. Daha böyük uğurlar!

19.09.2015

Yeni uğur İbtidai sinif müəlliməsi Kəmalə xanımdan.



Sentyabrın 18-də Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, YUNİSEF və “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinin birgə layihəsi olan “Təməl” təqaüd proqramının bağlanış mərasimi keçirilib.
Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, YUNİSEF-in Azərbaycandakı rəhbəri Andro Şilakadze, ümumtəhsil məktəblərinin direktorları və müəllimlər iştirak ediblər.
Sentyabrın 18-də Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, YUNİSEF və “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinin birgə layihəsi olan “Təməl” təqaüd proqramının bağlanış mərasimi keçirilib

15.09.2015

15 Sentyabr Bilik Günü

15 sentyabr tarixində məktəbimizdə yeni dərs ilinin başlanması münasibəti ilə "Bilik günü" təntənəli şəkildə qeyd edilmişdir.
Müdiriyyətin və valideynlərin iştirakı, şagird və müəllimlərin təşkili ilə ərsəyə gətirilmiş möhtəşəm tədbirdə Xəzər rayon İcra Hakimiyyəti Başcısının müavinlərinə ve şöbə müdirlərinə ev sahibliyi etmişdir. 

Tədbirdə məktəb direktoru Rəhilə xanım  Baxşıyeva məzunların və şagirdlərin uğurlarında , şagird sayının rekord həddə çatmasından söz açaraq öz arzu ve diləklərini bildirmişdir. Xatırladaq kı bu il məktəbə gələcək birincilərin sayı 500 keçmişdir. Ümümi şagirdlərin sayı isə 4000-ə çatmışdır. RİH Başçının birinci müavini Vaqif Həsənov çıxış edərək bu arzu ve diləklər qoşulmuş , həmçinin bildirmişdir ki, əsasi umummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsili strategiyasi bu gün uğurla davam etdirilir. Gənc nəslin lazımı seviyyede tehsil almasi, savadli vətəndaşlar kimi formalaşması dövlətimizin xüsusi diqqətlə yanaşdığı məsələlərdəndir . 
Sonda Təhsilin inkişafında Heydər Əliyev Fondu ve onun prezidenti Mehriban xanim Əliyevanın müstəsna xidmətlərindən söz açılmışdır . Tədbir musiqi sədaları altında sonlandırılaraq məktəbə yeni qədəm qoymuş birincilərin , həmçinin şagirdlerin təhsil uğurda pillə-pillə addımlamaq üzrə elm dunyalarina doğru uğurlanmışdılar.


4.09.2015

ELAN


“Elektron Təhsil” Respublika müsabiqəsinə az qalır

Sentyabrın 21-də “Elektron Təhsil” Respublika müsabiqəsinə start veriləcək.

Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq və tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaqdan ibarətdir.

Müsabiqə 2 istiqamət olmaqla, 6 nominasiya üzrə keçiriləcək.

Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər xüsusi hədiyyələr təqdim olunacaq.

“Elektron Təhsil” Respublika müsabiqəsi (http://edu.gov.az/az/page/228/11213)

Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Elektron Təhsil” Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri (http://edu.gov.az/az/page/451/11184)