19.09.2015

Yeni uğur İbtidai sinif müəlliməsi Kəmalə xanımdan.



Sentyabrın 18-də Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, YUNİSEF və “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinin birgə layihəsi olan “Təməl” təqaüd proqramının bağlanış mərasimi keçirilib.
Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, YUNİSEF-in Azərbaycandakı rəhbəri Andro Şilakadze, ümumtəhsil məktəblərinin direktorları və müəllimlər iştirak ediblər.
Sentyabrın 18-də Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, YUNİSEF və “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinin birgə layihəsi olan “Təməl” təqaüd proqramının bağlanış mərasimi keçirilib
.
Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, YUNİSEF-in Azərbaycandakı rəhbəri Andro Şilakadze, ümumtəhsil məktəblərinin direktorları və müəllimlər iştirak ediblər.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov layihənin əhəmiyyətini açıqlayıb. Nazir müavini bildirib ki, yeni forma və məzmunda hazırlanmış ixtisasartırma kursunun məqsədi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin bir qrup ibtidai sinif müəlliminin peşəkarlıq səviyyəsini yüksəltməkdən ibarətdir.
İbtidai təhsil səviyyəsində fəaliyyət göstərən müəllimlərin dərslərinin müşahidəsi, valideynlərlə müsahibə, şagird nəticələrinin təhlili ibtidai sinif müəllimlərinin güclü və zəif tərəflərini müəyyən etməyə imkan verib. Sözügedən ixtisasartırma proqramının modulları həmin təhlilin əsasında hazırlanıb.
İki ay yarım davam edən təlim müddətində müəllimlər ibtidai təhsilin fəlsəfəsi, missiyası, müasir pedaqoji və psixoloji yanaşmalar, metodika və didaktika, sinfin idarəedilməsi, şəxsi inkişaf, vaxtın idarəedilməsi, planlaşdırma, rəqəmsal savadlılıq və s. kimi mövzularda mühazirə və praktik məşğələlərdə iştirak ediblər. Nəzəri və praktik məşğələlərin aparılmasına 20-dən çox mütəxəssis cəlb olunub.
Təqaüd proqramında iştirak edən 114 nəfərdən 113-ü yekun qiymətləndirmədə iştirak edib. Onlardan 65 nəfəri imtahandan uğurla keçərək “Təməl” sertifikatına layiq görülüb.Onlarda biridə Məktəbimizin  İbtidai sinif müəlliməsi Mansurova Kəmalə müəllimədir. "Təməl"sertifikatı alması münasobətilə təbrik edirik!!!Yeni -yeni uğurlar!!
Qeyd edək ki, proqramı uğurla başa vuran iştirakçıların sinif otaqları müvafiq İKT avadanlığı ilə təchiz olunur.

Hiç yorum yok:

Yorum Gönder