15 sentyabr tarixində məktəbimizdə yeni dərs ilinin başlanması münasibəti ilə "Bilik günü" təntənəli şəkildə qeyd edilmişdir.
Müdiriyyətin və valideynlərin iştirakı, şagird və müəllimlərin təşkili ilə ərsəyə gətirilmiş möhtəşəm tədbirdə Xəzər rayon İcra Hakimiyyəti Başcısının müavinlərinə ve şöbə müdirlərinə ev sahibliyi etmişdir. Tədbirdə məktəb direktoru Rəhilə xanım Baxşıyeva məzunların və şagirdlərin uğurlarında , şagird sayının rekord həddə çatmasından söz açaraq öz arzu ve diləklərini bildirmişdir. Xatırladaq kı bu il məktəbə gələcək birincilərin sayı 500 keçmişdir. Ümümi şagirdlərin sayı isə 4000-ə çatmışdır. RİH Başçının birinci müavini Vaqif Həsənov çıxış edərək bu arzu ve diləklər qoşulmuş , həmçinin bildirmişdir ki, əsasi umummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsili strategiyasi bu gün uğurla davam etdirilir. Gənc nəslin lazımı seviyyede tehsil almasi, savadli vətəndaşlar kimi formalaşması dövlətimizin xüsusi diqqətlə yanaşdığı məsələlərdəndir .
Sonda Təhsilin inkişafında Heydər Əliyev Fondu ve onun prezidenti Mehriban xanim Əliyevanın müstəsna xidmətlərindən söz açılmışdır . Tədbir musiqi sədaları altında sonlandırılaraq məktəbə yeni qədəm qoymuş birincilərin , həmçinin şagirdlerin təhsil uğurda pillə-pillə addımlamaq üzrə elm dunyalarina doğru uğurlanmışdılar.
Hiç yorum yok:
Yorum Gönder