11.04.2015

Pedaqoji şuranın növbəti iclası


Bu gün Pedaqoji şuranın növbəti iclası keçirildi. İclası məktəbin direktoru Rəhilə xanım Baxşıyeva açaraq iştirakçıları gündəlik məsələlərlə tanış etdi, sonra isə il ərzində əldə olunmuş nailiyyətlər barədə məlumat verərək  məktəbin ictimai işlərində fəal iştirak etmiş şagird və müəllimləri təşəkkürnamə və fəxri fərmanlarla təltif etdi. 
Daha sonra çıxış edən direktor müavini Vələddin Nurəddinov IX-XI siniflərdə təhsilin və jurnalların aparılması vəziyyətindən danışdı. Dərsdinləmələrin davamlı aparıldığını və bunun qabaqcıl təcrübənin öyrənilməsində mühüm rol oynadığını da qeyd etdi.
Direktor müavini Eldəniz Əkbərov isə öz çıxışında IX-XI siniflərdə məktəb tərəfindən keçirilmiş monitorinq qiymətləndirməsinin nəticələri və bu siniflərdə davamiyyət göstəriciləri barədə məlumat verdi.
İclasda həmçinin İntellektual klubların, işçi qruplarının fəaliyyəti,  VI-VII və XI siniflərdə TQDK tərəfindən təşkil olunan monitorinq imtahanları, I sinfə qəbul və s. məsələlər barədə də danışıldı. 
İclasın sonunda 2015-ci ildə məktəbin fəaliyyətini, əldə olunmuş nailiyyətləri əks etdirən təqdimat (slideshow) izlənildi.







































Hiç yorum yok:

Yorum Gönder