19.03.2015

MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ!

“HƏYAT BİLGİSİ VƏ MALİYYƏ SAVADLILIĞI”

MÜSABİQƏSİNİN QAYDALARI


I. Ümumi müddəalar
  1. Müsabiqənin gedişi ilə bağlı məlumatlar Təhsil Nazirliyinin (www.edu.gov.az), Azərbaycan Respublikası Mərkəzi Bankının (www.cbar.az) və müsabiqənin (www.musabiqe.edu.az) rəsmi internet səhifələrində yerləşdirilir.

II. Müsabiqənin məqsədi
  1. Müsabiqənin əsas məqsədləri aşağıdakılardır:
    1. Ümumtəhsil məktəb müəllimləri arasında Həyat Bilgisi fənninin “Fərd və cəmiyyət” məzmun xəttinin “Cəmiyyətin sosial-iqtisadi həyatı” alt-xətti üzrə elektron təhsil resursları hazırlamaq;
    2. Elektron təhsil resurslarının tədris prosesinə tətbiqinə metodiki dəstək vermək, elektron resursların təhsil müəssisələrində istifadəsi ilə tanışlıq;
    3. Tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimlərin həvəsləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi;
    4. Tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarının axtarılması;
    5. Hazırlanacaq resursların təhsil şəbəkələrində paylaşılaraq müəllimlər arasında yayılmasını təmin etmək.


III. Müsabiqənin təşkili
  1. Müsabiqə Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzi ilə birgə həyata keçirilir.
  2. Müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilməsi ekspert qrupu tərəfindən həyata keçirilir.

IV. Müsabiqənin məzmunu
  1. Müsabiqə bir istiqamət üzrə həyata keçirilir:
    1. “Maliyyə savadlılığına aid ən yaxşı resurs” nominasiyası.

V. Müsabiqənin iştirakçıları
  1. Müsabiqədə respublika üzrə bütün şəhər və rayonların ümumtəhsil məktəblərinin müəllimləri iştirak edə bilər.

VI. İşlərin müsabiqəyə təqdim edilməsi və işlərə qoyulan tələblər
  1. İşlərin müsabiqəyə təqdim edilməsi www.müsabiqe.edu.az səhifəsində elektron ərizə formasının doldurulması ilə həyata keçirilir.
  2. Ərizədə müəllim haqqında məlumatlar, resursun adı öz əksini tapmalıdır.
  3. Müsabiqəyə hər bir iştirakçı tərəfindən yalnız bir resurs qəbul olunur.
  4. Resurslar aşağıdakı formatlarda təqdim oluna bilər:
    1. Microsoft Office proqramlarından istifadə;
    2. Elektron lövhələrdən istifadə;
    3. Veb 2.0 texnologiyalarınndan istifadə;
    4. Bloq və sayt.
  5. Bütün əlavə materiallar arxiv şəklində (zip və ya rar formatda) 15 MB həcmindən çox olmamaqla təqdim edilir. Təqdim olunan materialın həcmi 15 MB-dan çox olarsa, bu halda materialı www.dropbox.com internet səhifəsinə yerləşdirməklə onların linkləri müsabiqəyə göndərilir.
  6. Təqdim olunacaq resurslar məzmun etibarı ilə Həyat Bilgisi fənninin “Fərd və cəmiyyət” məzmun xətti üzrə aşağıdakı alt-standartları reallaşdıracaq mövzuların istənilən birini əhatə etməlidir:
    • “Büdcə” anlayışını sadə şəkildə izah edir;
    • Azərbaycan Respublikasının pul nişanlarını tanıyır;
    • Verilmiş şərtlərə uyğun şəxsi büdcəsini tərtib edir;
    • Milli pulla müvafiq hesablamalar aparır;
    • Mövcud resurslardan (ərzaq, su, qaz, elektrik enerjisi) qənaətlə istifadə barədə fikirlərini ifadə edir;
    • “Gəlir” və “xərc”, “ailə büdcəsi” anlayışlarınə sadə şəkildə izah edir;
    • Digər dövlətlərin pul nişanlarını tanıyır;
    • “Qənaət” və “israf” anlayışlarını müqayisə edir;
    • “Vergi”, “dövlət büdcəsi” və “sığorta” anlayışlarını sadə şəkildə izah edir;
    • Milli pul nişanları ilə digər dövlətlərin pul nişanlarını fərqləndirir;
    • İqtisadi resursları və iqtisadi vasitələri fərqləndirir;
    • İqtisadiyyatın inkişafında qiymət, tələb və təklifin rolunu izah edir;
    • Əmək və onun növlərinin iqtisadi proseslərdəki rolunu şərh edir;
    • İstehsal infrastrukturlarına (maliyyə, vergi, sığorta) dair təqdimatlar hazırlayır;
    • İqtisadi səmərəliliyə dair kiçik layihələr hazırlayır və təqdim edir.
       
VII. Müsabiqənin mərhələləri
  1. Müsabiqə iki mərhələdə keçirilir:
    1. I mərhələ - resursların qəbulu (30 gün);
    2. II mərhələ - təqdim olunan resursların ekspert qrupu tərəfindən qiymətləndirilməsi.
       
VIII. Qiymətləndirmə qaydası
  1. I mərhələdə texniki ekspertiza zamanı işlərin müsabiqəyə təqdim edilmə qaydaları yoxlanılır.
  2. II mərhələdə texniki ekpertizadan keşən resurslar ekspert qrupu tərəfindən 0-10 ballıq şkala ilə seçim meyarları əsasında qiymətləndirilir.
     
IX. Seçim meyarları
  1. Ekspert qrupunun üzvləri aşağıdakı meyarlar əsasında qiymətləndirməni həyata keçirirlər:
    1. Yaradılacaq resursun tədris prosesində əhəmiyyətli, aktual və yeni olması;
    2. Hazırlanmış resursların Həyat Bilgisi fənninin “Fərd və cəmiyyət” məzmun xətti üzrə verilmiş alt-standartlarınauyğun olması;
    3. Resursun müəyyən edilmiş nominasiyaya uyğunluğu;
    4. Müsabiqə materiallarının məzmununun təhsil sahəsində müasir tələblərə uyğun olması;
    5. Təqdim olunan resursların orijinal olması (plagiatçılığa yol verilməməli);
    6. Hazırlanmış materialın dəqiq, sistemli və aydın olması;
    7. Resursdan müstəqil istifadə etmə imkanlarının olması;
    8. Materialın dilinin aydın, səlis və başa düşülən olması;
    9. Resursun məzmununun elmliyinin təmin olunması;
    10. Məzmunda fikir ardıcıllığının təmin edilməsi.

X. Qaliblərin müəyyən edilməsi və müsabiqənin yekunu
  1. Ekspert qrupu tərəfindən nominasiya üzrə 3 qalib müəyyən edilir.
  2. Qaliblər hədiyyələr və diplomlarla mükafatlandırılır.
  3. Digər maraqlı tərəflər, şirkətlər, sponsorlar, ictimai qurumlar da müsabiqənin qaliblərinə mükafatlar təqdim edə bilərlər.
  4. Müsabiqənin nəticələri Təhsil Nazirliyinin (www.edu.gov.az), Azərbaycan Respublikası Mərkəzi Bankının (www.cbar.az) və müsabiqənin (www.musabiqe.edu.az) rəsmi internet səhifələrində yerləşdirilir.

Hiç yorum yok:

Yorum Gönder