12.03.2015

Şagird Məclisi bu dəfə özündən danışdı

Bu gün Şagird Məclisinin növbəti toplantısı keçirildi. Məclisin fevral ayı ərzində olan fəaliyyəti, nailiyyətləri və qarşılaşdıqları çətinliklər əsas gündəlik məsələlər sırasında yer alırdı. Komissiyalar gördükləri işlər barədə məruzə etdikdən sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Vələddin müəllim şagirdlərin işlərinə münasibət bildirdi və onlara növbəti fəaliyyətləri sahəsində məsləhətlər verdi. Məktəbimizin direktoru Rəhilə xanım Baxşiyeva şagirdlərə öz vəzifələrinin öhdəsindən nə cür gələcəkləri barədə söhbət etdi. Toplantı mart ayında  qarşıda duran vəzifələr, görüləcək işlərin planlaşdırılması ilə yekunlaşdı. 






Hiç yorum yok:

Yorum Gönder