“BU GÜNÜN QƏNAƏTİ SABAHIN TƏMİNATIDIR”
MÜSABİQƏSİNİN QAYDALARI
I. Ümumi müddəalar
- Müsabiqənin gedişi ilə bağlı məlumatlar Təhsil Nazirliyinin (www.edu.gov.az), Azərbaycan Respublikası Mərkəzi Bankının (www.cbar.az) və müsabiqənin (www.musabiqe.edu.az) rəsmi internet səhifələrində yerləşdirilir.
II. Müsabiqənin məqsədi
- Müsabiqənin əsas məqsədləri aşağıdakılardır:
- Şagirdlərin pul yığımı və qənaətcilliklə bağlı şəxsi təcrübələrini əks etdirən qısametrajlı film hazırlamaq;
- Maliyyə savadlılığının artırılması istiqamətində ümumtəhsil məktəblərində şagirdlər arasında maarifləndirmə işləri aparmaq;
- Hazırlanacaq qısametrajlı filmlərin sosial şəbəkələrdə paylaşılaraq şagirdlər arasında yayılmasını təmin etmək.
III. Müsabiqənin təşkili
- Müsabiqə Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzi ilə birgə həyata keçirilir.
- Müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilməsi Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzinin mütəxəssisləri tərəfindən həyata keçirilir.
IV. Müsabiqənin məzmunu
- Müsabiqə bir istiqamət üzrə həyata keçirilir:
- “Şagirdin məqsədli qənaəti” nominasiyası.
V. Müsabiqənin iştirakçıları
- Müsabiqədə aşağıda qeyd olunan ümumtəhsil məktəblərinin şagirdləri iştirak edə bilər:
- IV – IX sinif şagirdləri.
VI. İşlərin müsabiqəyə təqdim edilməsi və işlərə qoyulan tələblər
- İşlərin müsabiqəyə təqdim edilməsi www.müsabiqe.edu.az səhifəsində elektron ərizə formasının doldurulması ilə həyata keçirilir.
- Ərizədə şagird haqqında məlumatlar, filmin adı öz əksini tapmalıdır.
- Müsabiqəyə hər bir iştirakçı tərəfindən yalnız bir film təqdim oluna bilər.
- Təqdim olunacaq film 3-7 dəqiqəni əhatə etməlidir.
- Qısametrajlı filmlər www.youtube.com internet səhifəsində yerləşdirilməklə onların linkləriwww.müsabiqe.edu.az yerləşdirilir.
VII. Müsabiqənin mərhələləri
- Müsabiqə iki mərhələdə həyata keçirilir:
- I mərhələ - qısametrajlı filmlərin qəbulu (30 gün);
- II mərhələ - təqdim olunan qısametrajlı filmlərin ekspert qrupu tərəfindən qiymətləndirilməsi.
VIII. Qiymətləndirmə qaydası
- I mərhələdə texniki ekspertiza zamanı işlərin müsabiqəyə təqdim edilmə qaydaları yoxlanılır.
- II mərhələdə texniki ekspertizadan keçən filmlər ekspert qrupu tərəfindən 0-10 ballıq şkala ilə seçim meyarlarına əsasən qiymətləndirilir.
IX. Seçim meyarları
- Ekspert qrupunun üzvləri aşağıdakı meyarlar əsasında qiymətləndirməni həyata keçirirlər:
- Filmin tədris prosesində əhəmiyyətli, aktual və yeni olması;
- Hazırlanan filmin nominasiyaya uyğunluğu;
- Təqdim olunan filmin orijinal olması (plagiatçılığa yol verilməməli);
- Filmdə şagirdin özünün səsli görüntüsünün vacibliyi;
- Filmdəki səslərin aydın, səlis və başa düşülən olması;
- Məzmunda məntiqi ardıcıllığın olması.
X. Qaliblərin müəyyən edilməsi və müsabiqənin yekunu
- Ekspert qrupu tərəfindən nominasiya üzrə 3 qalib müəyyən edilir.
- Qaliblər hədiyyələr və diplomlarla mükafatlandırılır.
- Digər maraqlı tərəflər, şirkətlər, sponsorlar, ictimai qurumlar da müsabiqənin qaliblərinə mükafatlar təqdim edə bilərlər.
- Müsabiqənin nəticələri Təhsil Nazirliyinin (www.edu.gov.az), Azərbaycan Respublikası Mərkəzi Bankının (www.cbar.az) və müsabiqənin (www.musabiqe.edu.az) rəsmi internet səhifələrində yerləşdirilir.
|
Hiç yorum yok:
Yorum Gönder