30.04.2015

MƏKTƏBİMİZ QIZIL MEDAL ALDI



Məktəbimiz Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən qızıl medala təltif olunmuşdur.






"UGUR SORAĞI" 9-cu sinif FİNAL



Bu gün 9-cu siniflər arasında Uğur sorağında intellektual klubunun final yarışı keçirildi. Siniflərin gərgin mübarizəsi nəticəsində 9b sinfi 1-ci yerin qalibi oldu.  2-ci yeri 9i, 3-cü yeri isə 9a sinfinin şagirdləri qazandı. Qalib komandalara diplom və hediyyələr təqdim olundu. 
Şagirdlərimizə uğurlarının davamını diləyirik!





Sədr:        Ləman Hacıyeva,
Müavin :   Nəriman Məmmədzadə,
Katib:        Ayişəgül Ələkbərova,
Üzvlər:      Pərvin Pirmuradova, Cəmilə Məmmədova, Firuzə Süleymanova, Cavid Muradov.

29.04.2015

"Mənim Vətənim" inşa müsabiqəsinin qalibləri açıqlandı

Məktəbimizin III - IV və V - VI sinifləri arasında keçirilən "Mənim Vətənim" adlı inşa müsabiqəsinin məktəb üzrə mərhələsi artıq yekunlaşmışdır. Nəticəyə görə aşağıda adları qeyd olunan şagirdlərin inşaları fərqlənmişdir:

VI siniflər üzrə

1. Əhədova Aynur - 6b sinfi
2. Fərəczadə Rüfət - 6c sinfi
3. Əliyeva Fəridə - 6a sinfi
4. Məmmədova Anaxanım - 6q sinfi
5. Ələkbərova Gülşən - 6c sinfi


28.04.2015

Növbəti uğurumuz "QƏLƏBƏYƏ DOĞRU"


Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdar elm xadimi, tibb elmləri doktoru Zərifə xanım Əliyevanın xatirəsinə həsr etdiyi "Qələbəyə doğru" kuboku uğrunda intellektual oyununda məktəbimiz fəal iştirak etdiyinə görə diplomla mükafatlandırılmışdır. 

27.04.2015

9-cu siniflər "UĞUR SORAĞINDA" II mərhələ

Bu gün 9-cu siniflər arasında "UĞUR SORAĞI"-da İntellektual oyununun II mərhələsi keçirildi. 9d, 9e, 9ə və 9i sinifləri arasındakı bilik yarışında 9i sinif şagirdləri öz bilikləri ilə rəqiblərinə qalib gəldi və FİNAL-a vəsiqə qazandı.  Finalda 9i sinfi  9b sinfi ilə qarşılaşacaq. Final mərhələsi 30 aprel 2015-ci il tarixdə, saat 11:00-da keçiriləcək.

Hər iki sinfə uğurlar arzulayırıq!



Sədr:         Ləman Hacıyeva, 
Müavin :    Nəriman Məmmədzadə, 
Katib:        Ayişəgül Ələkbərova
Üzvlər:      Pərvin Pirmuradova, Cəmilə Məmmədova, Firuzə Süleymanova, Cavid Muradov.

25.04.2015

ŞAHİN hərbi idman oyunları


Bu gün məktəbimizin şahinləri ŞAHİN hərbi idman oyunlarının şəhər turunda iştirak etmişdir. Şahinlərimiz qalib olmasalarda Fəqlənmə ilə yarışı başa vurmuşdular.Şagrdlərimizə gələcək yarışlarda uğurlar diləyirik!

Vətən sağ olsun...

2-cilər "ELM DÜNYAM" da


 Bu gün məktəbimizin "ELM DÜNYAM" bilik yarışının 2-ci siniflərarası 1-ci və 2-ci mərhələsi keçirilmişdir. 15 sinif arasından finala vəsiqə qazanan 8 sinif müəyyənləşdirilmişdir.  
Rəhbərlər - Gülgəz müəllim, Afiqə müəllim, üzvlər - Naibə müəllim, Zülfiyyə müəllim, Leyla müəllim, Aytəkin müəllim.

İngilis dili Müəllimlərinin Peşəkar İnkişafı və Sertifikasiyası Layihəsi

İngilis dili Müəllimlərinin Nəzərinə!

Azərbaycan Respublikası Təhsil Nazirliyi İngilis dili Müəllimlərinin Peşəkar İnkişafı və Sertifikasiyası Layihəsini elan edir.

Layihə haqqında ümumi məlumat
Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council,Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinin növbəti mərhələsinə start vermişdir.
Layihə çərçivəsində seçiləcək ingilis dili müəllimlərinin pedaqoji bilikləri və təhsildə informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqları qiymətləndiriləcək, fərdi peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi imkanları təmin olunacaq və beynəlxalq sertifikasiya həyata keçiriləcək. Layihənin bu mərhələsində iştirak üçün 100 nəfər ingilis dili müəllimi seçiləcək.

24.04.2015

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müsabiqə elan edir

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə!

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumtəhsil məktəblərində daimi əsaslarla işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı 2 mərhələli (1-ci mərhələ ixtisas üzrə test tapşırıqlarının cavablandırılması, 2-ci mərhələ müsahibə) müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər 23.04.2015 -  01.05.2015-ci il tarixlərində məlumata əlavə olunmuş müvafiq ərizə formasını dolduraraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etməlidirlər.

Yerdəyişmə üçün ərizə verən müəllim təqdim olunmuş vakant yerlərdən maksimum 3 (üç) yer seçə bilər.

22.04.2015

Uğur bizimlədir


 
Ümummilli Lider Heydər Əliyevin  92 illik yubileyi ilə əlaqədar  məktəbimizin 10a sinif şagirdi Şükürlü Ləmanın yazdığı
"Heydər Əliyev Azərbaycanın xilaskarıdır" adlı inşa Binə qəsəbə, Xəzər rayonu və Bakı şəhəri məktəbləri üzrə I yeri tutduğuna görə bu gün Binə qəsəbə Bələdiyyəsi tərəfindən mədəniyyət evində tədbir təşkil olunmuşdur. Xəzər Rayon Həmkarlar Təşkilatının müdiri Həzərxan Əbilovun və İcra Hakimiyyəti nümayəndələrinin də iştirak etdiyi tədbirdə məktəbimizin direktoru Rəhilə xanım Baxşıyeva medalla, Azərbaycan dili müəllimi Gülarə Muxtarova fəxri fərmanla, şagirdimiz Şükürlü Ləman 150 AZN pul mükafatı və ayda 30 AZN olmaqla davamlı təqaüdlə təltif olunmuşdur. 
Qeyd edək ki, inşa yazı hal-hazırda respublika turundadır. Bu mərhələdə də məktəbimizə birincilik arzulayırıq! 


8a sinfində kimya dərsi


20.04.2015

"UĞUR SORAĞI"da 9-cu siniflər



 Bu gün 9-cu siniflər "UĞUR SORAĞI"-da görüşdülər. 9a, b, c və ç sinifləri arasındakı bilik yarışında 9b sinif şagirdləri  öz bilikləri ilə rəqiblərini üstələyib FİNAL-a vəsiqə qazandı.  Finalda 9b sinfi aprel ayının 27-də keçiriləcək növbəti yarışını  9d, e, ə və i siniflərinin qalibi ilə görüşəcək.

Şagirdlərimizə uğurlarının davamını arzulayırıq.





Sədr:         Ləman Hacıyeva, 
Müavin :    Nəriman Məmmədzadə, 
Katib:        Ayişəgül Ələkbərova
Üzvlər:      Pərvin Pirmuradova, Cəmilə Məmmədova, Firuzə Süleymanova, Cavid Muradov.

18.04.2015

Bu dəfə 1-cilər "ELM DÜNYAM" dedi


Bu gün məktəbimizin "ELM DÜNYAM" bilik yarışının 1-ci siniflərarası 1-ci və 2-ci mərhələsi keçirilmişdir. 12 sinif arasından finala vəsiqə qazanan 6 sinif müəyyənləşdirilmişdir.  
Rəhbərlər - Gülgəz müəllim, Afiqə müəllim, üzvlər - Naibə müəllim, Zülfiyyə müəllim, Leyla müəllim, Aytəkin müəllim.


16.04.2015

9a sinif şagirdlərinin məqalələri

Bu gün 9a sinif şagirdləri Azərbaycan dili dərsində əməli yazı nümunələrindən məqaləni necə mənimsədiklərini öz yazıları ilə nümayiş etdirdilər. Bir-birindən maraqlı məqalələri təqdim edirik:



Növbəti uğuru H.Əliyev adına idman arenasında qazandıq

   Məktəbimizin müəllim və şagird kolektivi Heydər Əliyev adına idman arenasında Azərbaycan güləş federasiyası kuboku uğrunda beynəlxalq turniri izləmək üçün bir araya gəldi. Məktəbimizin 11-ci sinif şagirdi Kənan Cəfərov da bu yarışda iştirak edirdi. Məktəbimizin fəxri olan Kənan bu yarışda 3-cü yerin qalibi olub bürünc mükafata layiq görüldü. Şagirdimizi məktəb kolektivi adından təbrik edirik!

Yarışların izlənilməsini və idmançılarımıza dəstək olmağımızı  təşkil etdiyi üçün Xəzər rayon İcra Hakimiyyətinə dərin təşəkkürlərimizi bildiririk.

Azərbaycan bayrağı idmançıları ilə birlikdə daima yüksəklərdə dalğalanacaq!


12.04.2015

Müəllimlərin nəzərinə!

İnnovativ Müəllim” müsabiqəsi

Ulu öndər Heydər Əliyevin anadan olmasının  92-ci ildönümü münasibətilə Bakı şəhəri “Zəngi” liseyində Müəllimlər üçün nəzərdə tutulmuş “İnnovativ Müəllim” müsabiqəsi keçirilir.

Müsabiqənin nominasiyaları:

I nominasiya - “İnteraktiv mozaika”:
¾                Ən yaxşı təqdimat. Bu istiqamət üzrə müsabiqəyə İxtiyari fənn üzrə istənilən dərsi əhatə edən təlim materialı təqdim edilə bilər. Dərsin icmalı MS Word  mətn redaktorunda, təqdimatı isə MS PowerPoint proqramında hazırlanır.
¾                İKT-dən istifadə etməklə innovativ dərs layihəsi. Bu istiqamət üzrə müsabiqəyə təqdim olunan materiallar ən yeni texniki vasitələrlə, novator tədris metodikasından istifadəni əks etdirməlidir. Fənnlər arası şaquli və üfiqi inteqrasiyaların olması vacibdir. Dərsin icmalı MS Word  mətn redaktorunda, təqdimatı isə MS PowerPoint proqramında hazırlanır.
¾                Ağıllı lövhədən” istifadə ilə ən yaxşı dərs layihəsi. Bu istiqamət üzrə müsabiqəyə Promethean interaktiv lövhədən istifadə edərək ActivInspire və ya Mimio proqramında hazırlanmış ən yaxşı elektron tədris vəsaitlərinin qurulması.
¾                İnternet resursları vasitəsilə yaradılan ən yaxşı dərs/tədris layihəsi. Bu istiqamət üzrə müsabiqəyə təqdim olunan layihə təlim zamanı internetdən istənilən istifadənin yeni formaları vasitəsilə hazır materiallardan müəllim və şagirdlərin  səmərəli istifadəsi.

11.04.2015

Pedaqoji şuranın növbəti iclası


Bu gün Pedaqoji şuranın növbəti iclası keçirildi. İclası məktəbin direktoru Rəhilə xanım Baxşıyeva açaraq iştirakçıları gündəlik məsələlərlə tanış etdi, sonra isə il ərzində əldə olunmuş nailiyyətlər barədə məlumat verərək  məktəbin ictimai işlərində fəal iştirak etmiş şagird və müəllimləri təşəkkürnamə və fəxri fərmanlarla təltif etdi. 
Daha sonra çıxış edən direktor müavini Vələddin Nurəddinov IX-XI siniflərdə təhsilin və jurnalların aparılması vəziyyətindən danışdı. Dərsdinləmələrin davamlı aparıldığını və bunun qabaqcıl təcrübənin öyrənilməsində mühüm rol oynadığını da qeyd etdi.
Direktor müavini Eldəniz Əkbərov isə öz çıxışında IX-XI siniflərdə məktəb tərəfindən keçirilmiş monitorinq qiymətləndirməsinin nəticələri və bu siniflərdə davamiyyət göstəriciləri barədə məlumat verdi.
İclasda həmçinin İntellektual klubların, işçi qruplarının fəaliyyəti,  VI-VII və XI siniflərdə TQDK tərəfindən təşkil olunan monitorinq imtahanları, I sinfə qəbul və s. məsələlər barədə də danışıldı. 
İclasın sonunda 2015-ci ildə məktəbin fəaliyyətini, əldə olunmuş nailiyyətləri əks etdirən təqdimat (slideshow) izlənildi.

10.04.2015

8-ci siniflər arasında "UĞUR SORAĞI"



Bu gün 8-ci siniflər arasında Uğur sorağında intellektual klubunun yarışı keçirildi. 7 sinfin gərgin mübarizəsi bizləri və müdiriyyəti sevindirdi. 8a,b,c,ç,d,e,ə sinifləri arasındakı bu yarışda 8b sinfi rəqiblərini üstələyərək 1- ci yerin sahibi oldu. 2-ci yeri 8ə, 3-cü yeri isə 8a sinfinin şagirdləri qazandı. Qalib komandalara diplom və hediyyələr təqdim olundu. Şagirdlərimizə uğurlarının davamını diləyirik!




Sədr:         Ləman Hacıyeva,
Müavin :   Nəriman Məmmədzadə,
Katib:        Ayişəgül Ələkbərova
Üzvlər:      Pərvin Pirmuradova, Cəmilə Məmmədova, Firuzə Süleymanova, Cavid Muradov.

9.04.2015

Məktəbimiz yenə də 1-ci yerdədir

Bir çox sahələrdə olduğu kimi məktəbimiz hərbi-idman sahəsində də öndə gedir. Bu dəfə məktəbimizin komandası Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi "Şahin" hərbi-idman oyununda I yerə layiq görüldü. 
Komanda üzvlərini təbrik edir, yeni-yeni müvəffəqiyyətlər arzulayırıq!










Müəllimlərin nəzərinə !

ELAN

11.04.2015-ci il tarixdə saat 14:00-da Pedaqoji şura iclası keçiriləcək. Bütün müəllimlərin iştirakı vacibdir. İcazə almaq olmaz!



Müdiriyyət

8.04.2015

İnşa müsabiqəsində də qalib olduq!

Ümummilli Lider Heydər Əliyevin  92 illik yubileyi ilə əlaqədar təşkil olunmuş "Heydər Əliyev Azərbaycanın xilaskarıdır" adlı inşa müsabiqəsində məktəbimizin 10a sinif şagirdi Şükürlü Ləmanın yazdığı inşa yazı Xəzər rayonu üzrə 1-ci yeri tutmuş və respublika turuna keçmişdir. 

Növbəti mərhələdə də şagirdimizə uğurlar arzulayırıq!

7.04.2015

Şagirdlərin nəzərinə !

Təhsil Nazirliyi tərəfindən Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi və A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasına 2015-2016-cı tədris ili üçün VII, VIII və IX siniflər üzrə şagird qəbulu elan edilib.



Gimnaziya və liseylərdə xüsusi istedadlı şagirdlərin təhsili üçün fərqli proqramlar tətbiq olunur, onlar keyfiyyətli təhsillə təmin edilirlər. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik gimnaziya və liseylər şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz edilib. İnteraktiv tədris yüksək texnologiyaların tətbiqi ilə həyata keçirilir. Təhsil müəssisələrində məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlanması üçün müvafiq mərkəzlər də fəaliyyət göstərir.