24.04.2015

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müsabiqə elan edir

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə!

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumtəhsil məktəblərində daimi əsaslarla işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı 2 mərhələli (1-ci mərhələ ixtisas üzrə test tapşırıqlarının cavablandırılması, 2-ci mərhələ müsahibə) müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər 23.04.2015 -  01.05.2015-ci il tarixlərində məlumata əlavə olunmuş müvafiq ərizə formasını dolduraraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etməlidirlər.

Yerdəyişmə üçün ərizə verən müəllim təqdim olunmuş vakant yerlərdən maksimum 3 (üç) yer seçə bilər.


         Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:


1.  İşlədiyi məktəbdə daimi əsaslarla müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (məktəbin möhürü ilə təsdiq edilməlidir).

                                                                    
2.  Əmək kitabçasının surəti (məktəbin möhürü ilə təsdiq edilməlidir).
                                                                    
3.  Şəxsiyyət vəsiqəsinin surəti.
                                                                    
4.  Diplomun surəti.

                                                                     


Hiç yorum yok:

Yorum Gönder