12.04.2015

Müəllimlərin nəzərinə!

İnnovativ Müəllim” müsabiqəsi

Ulu öndər Heydər Əliyevin anadan olmasının  92-ci ildönümü münasibətilə Bakı şəhəri “Zəngi” liseyində Müəllimlər üçün nəzərdə tutulmuş “İnnovativ Müəllim” müsabiqəsi keçirilir.

Müsabiqənin nominasiyaları:

I nominasiya - “İnteraktiv mozaika”:
¾                Ən yaxşı təqdimat. Bu istiqamət üzrə müsabiqəyə İxtiyari fənn üzrə istənilən dərsi əhatə edən təlim materialı təqdim edilə bilər. Dərsin icmalı MS Word  mətn redaktorunda, təqdimatı isə MS PowerPoint proqramında hazırlanır.
¾                İKT-dən istifadə etməklə innovativ dərs layihəsi. Bu istiqamət üzrə müsabiqəyə təqdim olunan materiallar ən yeni texniki vasitələrlə, novator tədris metodikasından istifadəni əks etdirməlidir. Fənnlər arası şaquli və üfiqi inteqrasiyaların olması vacibdir. Dərsin icmalı MS Word  mətn redaktorunda, təqdimatı isə MS PowerPoint proqramında hazırlanır.
¾                Ağıllı lövhədən” istifadə ilə ən yaxşı dərs layihəsi. Bu istiqamət üzrə müsabiqəyə Promethean interaktiv lövhədən istifadə edərək ActivInspire və ya Mimio proqramında hazırlanmış ən yaxşı elektron tədris vəsaitlərinin qurulması.
¾                İnternet resursları vasitəsilə yaradılan ən yaxşı dərs/tədris layihəsi. Bu istiqamət üzrə müsabiqəyə təqdim olunan layihə təlim zamanı internetdən istənilən istifadənin yeni formaları vasitəsilə hazır materiallardan müəllim və şagirdlərin  səmərəli istifadəsi.


II nominasiya -  “Pedoqoji ideyalar portfiliosu”:
¾                Didaktiv oyunlar.Bu istiqamət üzrə müsabiqəyə bir dərsin fəal və interaktiv təlim fəaliyyətinin müxtəlif mərhələlərində istifadə olunan ən maraqlı layihə.
¾                Təlim tapşırıqları toplusunun yaradılması.Bu istiqamət üzrə müsabiqəyə test tapşırıqları, ev tapşırığı, iş vərəqləri (praktiki tapşırıqlar), krossvordlar və ya plkatlar təqdim edilir
¾                Ən maraqlı məktəb tədbiri, bayram və ya viktorina ssenarisi
Müsabiqədə iştirak etmək istəyənlər qeydiyyatdan keçərək İşlərini 1 may 2015 il tarixinədək təqdim etməlidirlər. 

Müsabiqə iki mərhələdə həyata keçirilir:
I mərhələ işlərin texniki ekspertizası, qiymətləndirilməsi.
II mərhələ Müsabiqə komissiyası tərəfindən seçilmiş nominantların hazırladıqları işlərin Təşkilat Komitəsi qarşısında təqdimatı. 
İştirak etmək istəyənlər hər gün saat 1000-1300 dək 9 saylı otağa (VMA) müraciət edə bilərlər və ya elektron qeydiyyat formasını bu ünvanda doldura bilərsiniz: http://zengi-informatika.wix.com/zengi#!zengi-musabiqe/c1dxp İşlərinizi liseyzengi@gmail.com ünvanına göndərin. Əlaqə nömrələr 012-421-21-95, 421-24-13

Təşkilat Komitəsi­­­

Hiç yorum yok:

Yorum Gönder