30.01.2015

149 №-li tam orta məktəb inşa müsabiqəsi elan edir



Şagirdlərin nəzərinə !

Məktəbimiz 26 fevral-Xocalı faciəsi ilə əlaqədar inşa müsabiqəsi elan edir. Müsabiqədə məktəbin VII, VIII, IX, X, XI sinif şagirdləri iştirak edə bilər. İnşalar  15 fevral tarixinədək direktor müavini Vəfa Alnağıyevaya təqdim edilməlidir.


Qaliblər 3 yer üzrə mükafatlandırılacaq:
I yer – DVD player 
II yer – MP3 SD player 
III yer – USB flash drive

29.01.2015

Ödənişli əsaslarla qəbul olan tələbə sayına qoyulan məhdudiyyətlər ləğv olunacaq və təhsil haqqı əvvəlki kimi qalacaq


Yaxın illər ərzində ölkədə ödənişli əsaslarla qəbul olan tələbə sayına məhdudiyyətlər ləğv olunacaq.
Axar.az xəbər verir ki, ali təhsil müəssisələrinin Boloniya sisteminə keçidilə əlaqədar bu sistemin yaxın vaxtlarda tətbiq edilməsi gözləniləndir.

Belə ki, Qərb universitetlərində olduğu kimi, abituriyentlər orta məktəbi bitirdikdən sonra ali təhsil ocaqlarına sənədlərini təqdim edərək təhsilini davam etdirə biləcək.
Burada əsas məqam təhsil haqqının keyfiyyətə uyğun olaraq qaldırılması və xarici ölkələrlə tələbə mübadiləsidir.
Artıq Təhsil Nazirliyi ölkədə ali və orta ixtisas təhsili müəssisələri üçün ödənişli əsaslarla qəbul olan tələbə sayına məhdudiyyətlərin ləğv olunacağını açıqlayıb.

27.01.2015

Xəzər rayon məktəbləri arasında keçirilən XXVII spartakiada

Xəzər rayon məktəbliləri arasında keçirilən XXVII spartakiadanınHəndbol (oğlanlar) növü üzrə növbəti yarış baş tutmuşdur. 

Yarışda Xəzər rayon E.Şəmiyev adına 149 №-li tam orta məktəbin komandası 2-cü yerin qalibi oldu.
Məktəbin komandası:
                                 Müəllim:  Rzayev Eldar
Şagirdlər:  Məmmədov  Bilal 
Nəcəfov Nicat
Mirzəyev Cəmil 
Abdullayev Qəzənfər

                Seyidov Zaur
Abdullayev Elnur
Məmmədov Cəfər
 Larkin Vladimir
Hacıyev Orxan
Kərimov Orxan 
Kərimov İbrahim
Rzayev Sərxan
Fətullayev Hikimet
Nağıyev Qoşqar
Zalov Elvin 
Yeremeyev Aleksandır 
Məmmədov Məhəmməd

23.01.2015

İntellektual Klubun növbəti yarışması keçirildi



Bu gün məktəbin 5k, 5m və 5q sinifləri arasında İntellektual Klubun növbəti yarışması keçirildi. Yarışmada şagirdlər çox fəal iştirak etdilər. Verilən sualların əksəriyyətini cavablandıran siniflərdən az fərqlə 5k sinfi qalib gəldi və finala vəsiqə qazandı. Finalda yarışacaq siniflər artıq bəllidir. 

5ç, 5ə və 5k siniflərinə final yarışmasında uğurlar!


Sədr:         Ləman Hacıyeva, 
Müavin :   Nəriman Məmmədzadə, 
Katib:        Ayişəgül Ələkbərova
Üzvlər:      Pərvin Pirmuradova, Cəmilə Məmmədova, Firuzə Süleymanova, Cavid Muradov.



20.01.2015

20 YANVAR

Qanlı Yanvar faciəsindən 25 il ötdü


1

20 YANVAR 1990-CI İL
(QANLI YANVAR)

1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.

19.01.2015

E.Şəmiyev adına 149 №-li tam orta məktəbdə 20 yanvar faciəsinin 25-ci ildönümü qeyd edildi



Bu gün məktəbimizdə 20 yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirin əvvəlində Tarix müəllimi İmanxan Zahidov 20 Yanvar faciəsi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırdı. Daha sonra şagirdlər şeir, səhəcik və əsgər mahnısı ilə çıxış etdilər. Sonda məktəbin direktoru Rəhilə xanım Baxşıyeva çıxış edərək şagirdləri, qanlı olduğu qədər də şanlı olan tariximizi unutmamağa və unutdurmamağa çağırdı.
                                                          

                                                












149 №-li tam orta məktəbdə 20 yanvar faciəsinin 

25-ci ildönümü qeyd edildi ( 1-ci hissə)


149 №-li tam orta məktəbdə 20 yanvar faciəsinin 

25-ci ildönümü qeyd edildi ( 2-ci hissə)


149 №-li məktəbin şagirdlərinin Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarəti

18 Yanvar 2015-ci il tarixdə məktəbimizin 6a, 6b, 6c və 6i siniflərinin Fəxri Xiyabana və Şəhidlər Xiyabanına ziyarəti təşkil olunmuşdur. Şagirdlər müəllimlərin bələdçiliyi ilə 20 Yanvar tarixi ilə bağlı yeni biliklər əldə etmiş, şəhidlərin məzarını ziyarət edib qərənfillər qoymuş, bu faciə ilə bağlı əzbərlədikləri və öz yazdıqları şeirləri söyləmişlər.
Allah şəhidlərimizə rəhmət eləsin!