6.03.2015

"Uğur sorağında" İntellektual Klubu - VII siniflər II mərhələ


"Uğur sorağında" İntellektual Klubunun VII siniflər üçün yarışmasının II mərhələsində 7a, 7b, 7c və 7ç sinifləri iştirak etmişdir. Yarışmada 7ç sinfi qalib olmuşdur. 16 mart tarixində keçiriləcək final oyununda 7ç sinfi 7e sinfi ilə yarışacaq. Hər iki sinfə uğurlar!





Sədr:         Ləman Hacıyeva, 
Müavin :   Nəriman Məmmədzadə, 
Katib:        Ayişəgül Ələkbərova
Üzvlər:      Pərvin Pirmuradova, Cəmilə Məmmədova, Firuzə Süleymanova, Cavid Muradov.

3.03.2015

Müəllimlər arasında şahmat yarışı


Ümumi təhsil müəssisələrinin müəllimləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şahmat yarışının keçirilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi qərar verdi.

http://edu.gov.az/upload/file/emr/2015/shaxmat-yarishi-emr.pdf 

2.03.2015

"Uğur sorağında" 7-ci siniflər

Bu gün "Uğur sorağında" İntellektual Klubunun növbəti yarışması 7-ci siniflər arasında keçirilib. 7d, 7e, 7ə və 7i sinifləri arasında olan yarışmada 7e sinfi qalib gələrək, final yarışmasında iştirak hüququ qazanıb. 
Final oyununda 7e sinfinə uğurlar diləyirik!





Sədr:         Ləman Hacıyeva, 
Müavin :   Nəriman Məmmədzadə, 
Katib:        Ayişəgül Ələkbərova
Üzvlər:      Pərvin Pirmuradova, Cəmilə Məmmədova, Firuzə Süleymanova, Cavid Muradov.


1.03.2015

149 - BİZİM MƏKTƏB daim öz uğurları ilə seçilib. "Elm dünyam" bilik yarışı. 3-cü siniflər arası l və ll mərhələ.


 149 - BİZİM MƏKTƏB daim öz uğurları ilə seçilib. İbtidai sinifləri əhatə edən "Elm dünyam" bilik yarışması artıq başlamışdır. İlk yarışmalar 3-cü siniflər arasında keçirilmişdir. Bütün 3-cü siniflərin iştirakı ilə keçirilən yarışda 1-ci mərhələdən 3a, 3b, 3c, 3ç; 2-ci mərhələdən 3l, 3p, 3n, 3j sinifləri finala vəsiqə qazandilar. 15 mart tarixində keçiriləçək final mərhələsində şagirdlərimizə uğurlar diləyirik!




Elan

Məktəbin VII-X sinif şagirdlərinin nəzərinə!


Məktəbimizdə müasir rəqs üzrə komanda yığılır. Komandaya məktəbimizin VII-X sinif şagirdləri daxil ola bilər. Rəqs etməyi öyrənmək və məktəbin komandasına daxil olmaq istəyənlər 7-ci otağa, Axundov Adilə muraciət etsinlər. Məşq şənbə günləri saat 13:00-da  34-cü otaqda keçiriləcək.

Məşqlər ödənişsizdir.

Kiçikyaşlı məktəblilərin nəzərinə!

Təhsil Nazirliyinin “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” mövzusunda keçirdiyi müsabiqə davam edir.
Müsabiqənin keçirilməsində əsas məqsəd yaş psixologiyası nəzərə alınmaqla kiçikyaşlı məktəblilərə mənəvi zənginlik, vətənpərvərlik, milli və ümumbəşəri dəyərlər, emosional və idraki keyfiyyətlər aşılayan, onların bədii zövqünün inkişafını şərtləndirən ədəbi əsərlərin yazılmasını stimullaşdırmaqdan ibarətdir.
Müsabiqəyə təqdim ediləcək əsərlər toplu şəklində hazırlanmalıdır. Topluya 1-2 çap vərəqi həcmində 15 nəsr, 20 nəzm və 5 dram əsəri daxil olmalıdır.