11.04.2015

Pedaqoji şuranın növbəti iclası


Bu gün Pedaqoji şuranın növbəti iclası keçirildi. İclası məktəbin direktoru Rəhilə xanım Baxşıyeva açaraq iştirakçıları gündəlik məsələlərlə tanış etdi, sonra isə il ərzində əldə olunmuş nailiyyətlər barədə məlumat verərək  məktəbin ictimai işlərində fəal iştirak etmiş şagird və müəllimləri təşəkkürnamə və fəxri fərmanlarla təltif etdi. 
Daha sonra çıxış edən direktor müavini Vələddin Nurəddinov IX-XI siniflərdə təhsilin və jurnalların aparılması vəziyyətindən danışdı. Dərsdinləmələrin davamlı aparıldığını və bunun qabaqcıl təcrübənin öyrənilməsində mühüm rol oynadığını da qeyd etdi.
Direktor müavini Eldəniz Əkbərov isə öz çıxışında IX-XI siniflərdə məktəb tərəfindən keçirilmiş monitorinq qiymətləndirməsinin nəticələri və bu siniflərdə davamiyyət göstəriciləri barədə məlumat verdi.
İclasda həmçinin İntellektual klubların, işçi qruplarının fəaliyyəti,  VI-VII və XI siniflərdə TQDK tərəfindən təşkil olunan monitorinq imtahanları, I sinfə qəbul və s. məsələlər barədə də danışıldı. 
İclasın sonunda 2015-ci ildə məktəbin fəaliyyətini, əldə olunmuş nailiyyətləri əks etdirən təqdimat (slideshow) izlənildi.

10.04.2015

8-ci siniflər arasında "UĞUR SORAĞI"



Bu gün 8-ci siniflər arasında Uğur sorağında intellektual klubunun yarışı keçirildi. 7 sinfin gərgin mübarizəsi bizləri və müdiriyyəti sevindirdi. 8a,b,c,ç,d,e,ə sinifləri arasındakı bu yarışda 8b sinfi rəqiblərini üstələyərək 1- ci yerin sahibi oldu. 2-ci yeri 8ə, 3-cü yeri isə 8a sinfinin şagirdləri qazandı. Qalib komandalara diplom və hediyyələr təqdim olundu. Şagirdlərimizə uğurlarının davamını diləyirik!




Sədr:         Ləman Hacıyeva,
Müavin :   Nəriman Məmmədzadə,
Katib:        Ayişəgül Ələkbərova
Üzvlər:      Pərvin Pirmuradova, Cəmilə Məmmədova, Firuzə Süleymanova, Cavid Muradov.

9.04.2015

Məktəbimiz yenə də 1-ci yerdədir

Bir çox sahələrdə olduğu kimi məktəbimiz hərbi-idman sahəsində də öndə gedir. Bu dəfə məktəbimizin komandası Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi "Şahin" hərbi-idman oyununda I yerə layiq görüldü. 
Komanda üzvlərini təbrik edir, yeni-yeni müvəffəqiyyətlər arzulayırıq!










Müəllimlərin nəzərinə !

ELAN

11.04.2015-ci il tarixdə saat 14:00-da Pedaqoji şura iclası keçiriləcək. Bütün müəllimlərin iştirakı vacibdir. İcazə almaq olmaz!



Müdiriyyət

8.04.2015

İnşa müsabiqəsində də qalib olduq!

Ümummilli Lider Heydər Əliyevin  92 illik yubileyi ilə əlaqədar təşkil olunmuş "Heydər Əliyev Azərbaycanın xilaskarıdır" adlı inşa müsabiqəsində məktəbimizin 10a sinif şagirdi Şükürlü Ləmanın yazdığı inşa yazı Xəzər rayonu üzrə 1-ci yeri tutmuş və respublika turuna keçmişdir. 

Növbəti mərhələdə də şagirdimizə uğurlar arzulayırıq!

7.04.2015

Şagirdlərin nəzərinə !

Təhsil Nazirliyi tərəfindən Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi və A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasına 2015-2016-cı tədris ili üçün VII, VIII və IX siniflər üzrə şagird qəbulu elan edilib.



Gimnaziya və liseylərdə xüsusi istedadlı şagirdlərin təhsili üçün fərqli proqramlar tətbiq olunur, onlar keyfiyyətli təhsillə təmin edilirlər. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik gimnaziya və liseylər şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz edilib. İnteraktiv tədris yüksək texnologiyaların tətbiqi ilə həyata keçirilir. Təhsil müəssisələrində məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlanması üçün müvafiq mərkəzlər də fəaliyyət göstərir.