İnsan ömrü boyu çeşidli dillər öyrənir və danışır. Bəzən yabançı ölkələrdə yaşadığı üçün ana dilində deyil, həmin məmləkətin dilində danışmalı olur. Ancaq, hansı dildə danışır danışsın, insan çətinə düşəndə, köməyə çağıranda, dərd-qəmindən söhbət açanda, öz-özünə danışanda və son nəfəsində həmişə ana dilindən istifadə edir.İllərlə danışılmasa belə, ana dili heç vaxt unudulmur.
Azərbaycan Türkcəsi yüzillərin sınağından çıxmışdır. İşğallar sonucunda Azərbaycan Türkcəsinin adı dəyişdirilmiş, beləliklə uzun müddət “Azərbaycan türkcəsi”, “Türk dili”, “Türki”,“Tatar dili”, “Qafqaz Tatarlarının dili” adlandırılmışdır.Əlifbamız isə dəfələrlə dəyişdirilmişdir. Millətimiz uzun illər boyu öz dilində rahatlıqla danışa bilməmiş, bəzən də dilimiz dövlət səviyyəsində istifadə edilməmişdir.Təəssüflə qeyd etməliyik ki, bütün bunlar dilimizdə zərərli izlər və dərin yaralar belə buraxmışdır.