20.02.2016

Ana dilim ölməyəcək!!!

İnsan ömrü boyu çeşidli dillər öyrənir və danışır. Bəzən yabançı ölkələrdə yaşadığı üçün ana dilində deyil, həmin  məmləkətin dilində danışmalı olur. Ancaq, hansı dildə danışır danışsın, insan çətinə düşəndə, köməyə çağıranda, dərd-qəmindən söhbət açanda, öz-özünə danışanda və son nəfəsində həmişə ana dilindən istifadə edir.İllərlə danışılmasa belə, ana dili heç vaxt unudulmur. 
Azərbaycan Türkcəsi yüzillərin sınağından çıxmışdır. İşğallar sonucunda Azərbaycan Türkcəsinin adı dəyişdirilmiş, beləliklə uzun müddət “Azərbaycan türkcəsi”, “Türk dili”,  “Türki”,“Tatar dili”, “Qafqaz Tatarlarının dili” adlandırılmışdır.Əlifbamız isə dəfələrlə dəyişdirilmişdir. Millətimiz uzun illər boyu öz dilində rahatlıqla danışa bilməmiş, bəzən də dilimiz dövlət səviyyəsində istifadə edilməmişdir.Təəssüflə qeyd etməliyik ki, bütün bunlar dilimizdə zərərli izlər və dərin yaralar belə buraxmışdır. 

19.02.2016

"Beynəlxalq Ana dili"gününə həsr olunmuş "Ana dilimizi sevək sevdirək" adlı şeir müsabiqəsi.

Məktəbin direktoru Rəhilə xanım Baxşıyevanın, direktor müavini Vefa Alnağıyevanın, direktor müavini Vüsalə Rəsulovanın münsifliyi, Hacıyeva Afiqə müəllimin və Nəriman Məmmədzadə müəllimin təşkili və səriştəsi ilə "Beynəlxalq Ana dili" gününə həsr olunmuş "Ana dilimizi sevək sevdirək" adlı şeir müsabiqəsi həyata keçirilmişdir. 3-cü və 4-cü siniflərarası keçirilən müsabiqədə 3-cü siniflər arasında birinciliyə 3n sinfi, ikinciliyə 3c sinfi, üçüncülüyə 3l sinfi, dördüncü siniflər arasında birinciliyə 4j sinfi, ikinciliyə 4t sinfi, üçüncülüyə 4ç sinfi layiq görülərək diplomlarla təltif olunmuşdular. Digər şagirdlərin təşəkkürnamə ilə təltif olunması ruhlandırıcı prinsip daşımışdır. Bütün şagirdlərə uğurlar arzulayır, uğurlarının axarıncı olmasını diləyirik.

10.02.2016

Məktəbdaxili Xəmsə intellektual oyunu


Bu gün məktəbdaxili Xəmsə intelektual oyununun yarım final və Final mərhələsi  keçirildi.
9-11 ci siniflər arasında keçirilən intellektual yarışda 1-ci yeri  6600 xalla XI c sinifi, 2-ci yer 4300 xalla X c sinifi, 3-cü yer 3400 xalla 10 b sinifi , 4-cü  yeri isə 800 xalla 10 ç sinifinin komandaları tutmuşdur.

Rəhbər:  Elvin Hacıyev
Texniki dəstək:  Nəriman Məmmədzadə



9.02.2016

İNGİLİS DİLİNDƏN NÜMUNƏVİ AÇIQ DƏRS

Bu gün məktəbimizin ingilis dili müəllimi Hacıyeva Sahibə müəllim 3q sinfi ilə nümunəvi açıq dərs keçirərək şagirdlərin ingilis dili biliyini, sərbəst nitqini, şagirdlərlə ünsiyyət bacarığını, geniş savadını nümayiş etdirmişdir. Dərsin gedişatı zamanı Azərbaycan dilindən çox az istifadə olunması geniş maraq doğurmuşdur.

7.02.2016


Bu gün 2 fevral Gənclər günü ilə bağlı AĞIL DƏRYASI" intellektual yarış


Bu gün 2 fevral Gənclər günü ilə bağlı Mərdəkanda Nizami klubunda "AĞIL DƏRYASI" intellektual yarış keçirilmişdir. Bu yarışda məktəbimizin "Feniks" adlı komandası qalib olaraq 1-ci yerə laiq görülmüşdür. Rəqiblərini 55-27 hesabla geridə qoyaraq qalibiyyəti əldə etmişdir.








2 fevral — Azərbaycan gəncləri günü.

2 fevral — Azərbaycan gəncləri günü.

Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.

Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.