26.10.2016

FƏXRİ FƏRMAN VERİLDİ

Məktəbimizin Direktoru Rəhilə xanım Baxşıyeva təhsil sahəsində səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatinda fəal iştirakına görə Xəzər rayon İcra Hakimiyyətinin Başçısının 03.10.2016-cı il tarixli 495 №-li sərəncamı ilə təltif olundu.

MARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ

"Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklələ mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"sını əsas tutaraq bu gün məktəbimizdə şagirdlərə irsi və infeksion xəsəliklərlə bağlı geniş məlumat verilib, video rolik göstərilmişdir.

14.06.2016

“Son zəng” vuruldu

Bu gün  məktəbimizdə  11-ci sinfi bitirən şagirdlər üçün “Son zəng” vuruldu. 2015-2016-cı tədris ilini başa vuran Məzunlar bir birindən maraqlı çıxışları ilə müəllim və valideynlərini sevindirdilər. Tədbirdə Xəzər rayon İcra Hakimiyətinin və Binə bələdiyyəsinin nümayəndələri çıxış etdi. Onlarda öz sözləri ilə məzunlarımızı təbrik etdilər.  Məktəbimizin direktoru Rəhilə xanım Baxşiyeva məzunları təbrik edərək, onlara gələcək həyatlarında müvəffəqiyyətlər dilədi.
Tədbirdə  əməyi keçən və zəhməti olan hər kəsə təşəkkürlərimizi bildiririk.


28.04.2016

Məktəbimizin komandası "Ekolab" layihə olimpiadasının Xəzər rayon mərhələsində Kimya tədqiqat sahəsi üzrə I yerə laiq görülmüşdür.