30.05.2015

<< SON ZƏNG >>

    SON ZƏNG

30 May tarixində məktəbimizin 2015-ci il məzunları üçün Son zəng tədbiri keçirilib. Tədbirdə məktəb müdiriyyəti, müəllim kollektivi, şagird və valideynlər iştirak ediblər. Tədbir məzunların maraqlı çıxışları ilə yadda qalıb. Şagirdlərimiz musiqilər söyləyib, səhnəcik və rəqslər nümayiş etdiriblər. Məktəbimizin direktoru Rəhilə xanım Baxşiyeva məzunları təbrik edərək, onlara gələcək həyatlarında müvəffəqiyyətlər diləyib. 

27.05.2015

NÖVBƏTİ UĞUR MÜƏLLİMİMİZDƏN


Zəngi liseyi və "AVMAİB"in Ulu Öndər Heydər Əliyevin 92-ci ildönümünə həsr etdiyi "İnnovativ Müəllim - 2015" müsabiqəsinin nəticələri bəlli oldu. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Ləman Hacıyevanın hazırladığı tədris resursu bu müsabiqədə "İnteraktiv mozaika" nominasiyası üzrə III yerə layiq görülmüşdür. 
Məktəb  rəhbərliyi və kollektivi adından Ləman müəlliməni  təbrik edir, uğurlarının davamını diləyirik.



“Sərhədlərimizin keşiyində” inşa yazı müsabiqəsində III yer


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar 2015-ci il üçün Fəaliyyət Planı”na əsasən şagirdlər arasında silsilə tədbirlər, inşa yazı və rəsm müsabiqələri keçirilib
Azərbaycan Demokratik Respublikasının yaradılmasının 97-ci, Sərhəd Mühafizəsinin yaradılmasının 96-cı ildönümünə və İlk Avropa oyunlarına həsr olunmuş “Milli - Mənəvi İrsimiz - Bizim Tariximizdir”, “Mənim Vətənim”, “Sərhədlərimizin keşiyində”, “İlk Avropa oyunları gənc rəssamların gözü ilə” nominasiyaları üzrə diyarşünaslıq olimpiadası, inşa yazı və rəsm müsabiqələrinin şəhər mərhələsinin qalibləri mükafatlandırılıb.
Qaliblər sırasında “Sərhədlərimizin keşiyində” inşa yazı nominasiyasında IX – XI siniflər üzrə məktəbimizin 10a sinif şagirdi Şükürlü Ləman III yerə layiq görülmüşdür.

20.05.2015

Şagirdimizdən yeni uğur


"Təhsil Respublika İdman Mərkəzi" 2015-ci il Bakıda keçiriləcək 1-ci Avropa oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman yarışlarında məktəbimizin şagirdləri də iştirak edir. 7c sinif şagirdimiz Rəhimzadə Həsən Boks idman növü üzrə bu yarışlarda iştirak etmiş və II yerin qalibi olmuşdur.
Məktəb rəhbərliyi və kollektvi adında şagirdimizi təbrik edib uğurlarının davamını diləyirik.



18.05.2015

10a və 10c sinfləri arasıda Dünyagörüşü mövzusuda "Uğur sorağı" intellektual yarışı



Bu gün "Uğur sorağında" İntellektual Klubunun 2014/2015-ci tədris ili üzrə son yarışması 10a və 10c sinifləri arasında keçirildi. Demək olar ki, ilin ən gərgin yarışması sərgiləndi. Bərabər xallarla irəliləyən komandalardan 10a sinfi  yalnız bir xal fərqi yaradaraq üstünlük əldə edə bildi. Nümayiş etdirdikləri bilik nəticəsində hər iki komandanın şagirdlərini qalib hesab edərək təbrik edirik!

9.05.2015

Məktəb rəhbərliyli başda olmaqla müəllim, şagird və texniki işçilərin iştirakı ilə iməcilik keçirildi.

Faşizm üzərində qələbənin 70 illiyi və müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar  bu gün məktəbimizdə məktəb rəhbərliyli başda olmaqla müəllim, şagird və texniki işçilərin iştirakı ilə iməcilik keçirildi.
Məktəbin daxilində və həyətində abadlıq, yaşıllıq, təmizlik işləri görüldü.