30.11.2015

"Olimpiya Hərəkatı " proqramı çərçivəsində Xəzər rayonu üzrə birincilikdə "bodminton" idman növü

"Olimpiya Hərəkatı " proqramı çərçivəsində Xəzər rayonu üzrə birincilikdə "bodminton" idman növündə məktəbimiz üçüncü yerə laiq görüldü
 Müəllim: Şahbazova Raisə
Şagird:     Əliyev Elmar
                    Qasımova Tovuz

26.11.2015

Həsən bəy Zərdabi «İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı layihəsi» tədbiri

Həsən bəy Zərdabi

«İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı layihəsi» 26.11  - 28.11.2015 (3 gün)
Təhsil Nazirliyinin həyata keçirdiyi “Zərdabi - ibtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafi layihəsi” çərçivəsində  məktəbimizin 4-cü sinif şagirdlərinə “Oxuyub-anlama bacarıqlarının inkişafı" üzrə mentorluğu icra edir.Layihəyə oktyabr ayında start verilib və uzun müddətliliyi nəzərdə tutulub. Layihənin əsas məqsədi ibtidai sinif şagirdlərində söz ehtiyatının zənginləşməsi, mütaliə vərdişlərinin formalaşması, oxuyub -anlama bacarıqlarının inkişaf etdirilməsidir. Şagirdlərə layihə çərçivəsində çap olunmuş “Oxuyub-anlama bacarıqları üzrə qiymətləndirmə vasitəsi” adlı kitabçalar paylanılır.


“Narkomaniya və İİV-QİÇS-bəlasına birlikdə son qoyaq”adlı maarifləndirici tədbir keçirildi

 Bu gün məktəbimizdə “Narkomaniya və İİV-QİÇS-bəlasına birlikdə son qoyaq”adlı maarifləndirici tədbirlər keçirilib.
Tədbirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Məktəbimizin direktoru Rəhilə Baxşıyeva, 26 saylı şəhər xəstəxanasının həkimi və nümayəndələri iştirak etmişdir.

  Məqsəd "Dünya" Ana və Uşaqlar İctimai Birliyinin təşəbbüsü ilə "Narkomaniya və İİV-QİÇS virusu xəstəliyinə yoluxmuş yeniyetmə və gənclərin maarifləndirilməsi və tibbi reabilitasiyası” adlı layihə çərçivəsində maarifləndirici tədbirlərin  keçirilməsidir. 
        Tədbirin məqsədi  “Sağlam Həyat Tərzi” adlı ictimai və kütləvi kompaniya apararaq siqaret, narkomaniya,  İİV-QİÇS və digər  yoluxucu xəstəliklərə qarşı  mübarizə sahəsində məktəblilərin məlumatlılıq səviyyəsini artırmaq,  yeniyetmə və gənclərin sağlam həyat tərzini formalaşdırmaqdır.  
       Belə ki, “Narkomaniya və İİV-QİÇS-bəlasına birlikdə son qoyaq” mövzusunda  təşkil olunan tədbirdə müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaran narkomaniyanın insan  sağlamlığına, mənəviyyatına, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurduğu, “ağ ölüm”ün keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olduğu vurğulanıb, bu xəstəlikərin yoluxma  yolları və təhlükəsizlik  qaydaları məktəblilərə izah edilib və şagirdlərin  sualları cavablandırılıb.
       Tədbirdə çıxış edənlər narkomaniyanın cəmiyyətimizə gətirdiyi bəlalardan bəhs edərək yeniyetmə və gənclərin bu kimi pis vərdişlərdən yayınmasını  və ətrafda olan dostlarının da qorunmasını tövsiyə ediblər.         Şagirdlərə xəstəliyin infeksiyasının diaqnostikası və virusun törətdiyi  acı fəsadlar haqqında  maarifləndirmə bukleti və foto plakatlar paylanıb.



17.11.2015

17 Noyabr Milli Dirçəliş günü

Milli Dirçəliş günü — 17 noyabr 1992-ci ildə elan olunmuşdur. 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında(keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr - 5 dekabr, 1988-ci il) başladı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

13.11.2015