25.04.2016

Məktəbimizin şagirdləri AZTV nin 105 FM radosununu Bəhər "TOK-ŞOU"nun qonaqları oldular

Bu gün məktəbimizin şagirdləri AZTV nin 105 FM radosununu Bəhər "TOK-ŞOU"nun qonaqları oldular. TOK-ŞOU-nun mövzusu "Pis vərdişlərə yox deyək". Şagirdlərimizin bu mövzu haqqında fikirlərini və öz həm yaşıdlarına məsləhətlərini bilmək istəyirsinizsə bazar günü saat 16:00 da AZTV nin 105 FM radosununu, Bəhər "TOK-ŞOU"nu dinləməyi unutmayın.

21.04.2016

Bakı Şəhər birinciliyi III yer

Bakı şəhər məktəbləri arasında keçirilən XXVIII spartakiadanın Voleybol (oğlanlar) növü üzrə yarışda məktəbimizin komandası III yerin sahibi olmuşdur. Məktəb rəhbərliyi adında komandamızı təbrik edib uğurlarının davamlı olmasını arzulayırıq.

7.04.2016

Bu gün məktəbimizdə Şəhidlərin ruhuna həsr olunmuş aksiya keçirildi.

Bu gün məktəbimizdə Şəhidlərin ruhuna həsr olunmuş aksiya keçirildi. Aksiya zamanı məktəb kollektivi xalqımızın vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi.Aksiyamızda müəllim və şagirdlərin vətən haqqında olan şeirləri, mahnıları və qələbəyə səslənən şuarları bizim qələbəyə israrlı olduğumuzu bir daha sübut etdi.





3.04.2016

Rəhbərlik ilə görüş.

 

Rəhbərliyin 9-cu siniflərarası zəif nəticələr əldə etmiş şagirlərdən təşkil olunmuş qrupun valideynləri ilə keçirilmiş iclası. İclas zamanı qarşıya qoyulmuş məqsədlər və gözlənilən nəticələr barədə valideyinlərə məlumat verilmiş, şagirdlərin yüksək nailiyyət əldə etmələri üçün "Müəllim valideyn əməkdaşlığı"nın zəruriliyindən söhbət açılmışdır. Sonda valideynlər qrupa daxil olan şagirdlərin fənn müəllimlərinə və rəhbərliyə öz minnətdarlıqlarını bildirerek birge əməkdaşlığa və şagirdlər üzərində nəzarətin gücləndiriləməsinə xüsusi diqqət yetirəcəklərinə söz vermişdilər.

18.03.2016

Elimizə Bahar gəlir

Xəzər Rayon İcra Hakimiyyətinin təşkil etdiyi Novruz şənliyində Müəllim və şagirdlərin əl işləri nümayiş olundu.

5.03.2016

5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür


5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür. Bu tarix Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır. 2012-ci il həm də Dövlət başçımız tərəfindən “İdman ili” elan edilib. Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub......Prezidenti İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı. Və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi...