5.01.2015

05.01.2015 tarixli pedaqoji şura iclası


Bu gün Pedaqoji Şuranın növbəti iclası keçirildi. Məktəb direktoru Rəhilə xanım I yarımilin yekunlarından, yeni tədris ilində qarşıda duran vəzifələrdən danışdı. İclasda  jurnalların, məktəbli kitabçalarının və yoxlama dəftərlərinin aparılması, Məktəb Şurasının yaradılması və üzvlərin seçilməsi, Məktəbin blogu, məktəb müəllimlərinin facebookdakı qrupu (Müəllim Birliyi), İntellektual klubun fəaliyyəti, müəllim-şagird münasibətləri  və s. məsələlər müzakirə olundu.

 Direktor müavini Vələddin Nurəddinov Məktəb Şurası barədə məlumat verdi, üzvlər səsvermə yolu ilə seçildi. Məktəbli kitabçalarının aparılması vəziyyəti barədə direktor müavini Vəfa Əlnağıyeva danışdı. 
Tarix müəllimi Elvin Hacıyevin "Xəmsə"yə, Cavid Muradovun məktəb olimpiadasına uşaqları hazırlaması, Cəmilə Məmmədova, Pərvin Pirmuradova, Cavid Muradov, Nəriman Məmmədzadə və Ləman Hacıyevanın İntellektual Klubun yaradılmasında, Fərqanə Əliyevanın yoxlama dəftərlərinin aparılmasında göstərdikləri fəallıq qeyd olundu. İclasın sonunda fəal müəllimlərə təşəkkürlər elan edildi.






























Hiç yorum yok:

Yorum Gönder