2.02.2015

Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimləri üçün “Təməl” təqaüd proqramı təklif edir.

Müsabiqə əsasında seçiləcək müəllimlər “Təməl” təqaüd proqramı çərçivəsində yeni format və məzmunlu təlimdə iştirak etmək hüququ qazanacaqlar. 16 həftəlik təlim kursunda iştirakçılar yaş fiziologiyası və psixologiyası, ibtidai təhsilin fəlsəfəsi və öyrənmə nəzəriyyələri, pedaqoji ustalıq praktikumu və İKT savadlılığı mövzularında yeni yanaşmalarla tanış olacaqlar.
Təlim keçənlər yekun qiymətləndirmədə iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş iştirakçılara sertifikat və təlim resursları təqdim olunacaq.

 Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimlərini “Təməl” Təqaüd proqramında iştirak etməyə dəvət edir.
Təqaüd proqramının qalibləri yeni format və məzmunlu təlimdə iştirak etmək hüququ qazanacaqdır. Təlim kursu 16 həftəlikdir (həftədə 2 dəfə 3 akademik saat hesabı ilə).  



Təlim modulları:
• Yaş fiziologiyası və psixologiyası - ənənəvi və yeni yanaşmalar
• İbtidai təhsilin fəlsəfəsi və öyrənmə nəzəriyyələri
• Pedaqoji ustalıq praktikumu (metodika və didaktika)
• İKT savadlılığı.
Təqaüd qazanmaq üçün müsabiqədə iştirak şərti: 
• Hazırda IV sinifdə dərs deyən ali pedaqoji təhsilli müəllimlər müsabiqədə iştirak edə bilər.
Müraciət qaydası:
Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (Əlavə) dolduraraq telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.
Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçtla aparılacaqdır. Bu səbəbdən şəxsi elektron poçtunuzdan istifadə etməyiniz və poçtu mütəmadi yoxlamağınız vacibdir.
Müraciət üçün son tarix: 27 fevral 2015-сi il
Seçim qaydaları:
Təlim iştirakçıları 2 mərhələli seçim əsasında müəyyən ediləcəkdir. I mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az) göndərilən ərizə forması əsasında seçiləcəkdir. II mərhələdə namizədlər müsahibəyə dəvət ediləcəkdir.
Yekun qiymətləndirmə:
Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəkdir. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə müvafiq sertifikat və təlim resursları təqdim olunacaqdır.
Əlavə:
      
                Səhifəyə keçid linki

Hiç yorum yok:

Yorum Gönder